Ağılın qapısı necə bağlanır?
Mьəllif: admin1
Tarix: 29-12-2020, 10:36
Ağılın qapısı necə bağlanır?
Əmirəl-möminin (ə) buyurur: Ağıllı adam özünü mal-dövlət məstliyi, qüdrət məstliyi, tərif məstliyi və cavanlıq məstliyindən uzaq saxlamalıdır, çünki bunların hər birinin çirkin və üfunətli iyi vardır ki, ağılı aradan aparır və vüqarı azaldır.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, “əql” (“ağıl” ) çəkmək, bağlamaq, bəndləmək, qadağa mənasınadır. Dəvənin diz bağına ona görə “əqqal” deyirlər ki, yersiz hərəkətlərdən dəvəni saxlayır.

Ağıl, terminoloji baxımdan iki növə bölünür: nəzəri ağıl, əməli ağıl. Nəzəri ağıl insanın fikir və düşüncələrini və onun dünyagörüşünü təyin edir, əməli ağıl isə onun əməl və meyillərinə istiqamət verir.

Allah-təala Quranda buyurur: Ey imam gətirən kəslər, şərab, qumar, müşriklərin təbərrük saydıqlrı qurabanlara asılan daşlar və bütpərəstlərin heyvanların ətlərini böldükləri oxlar, hamısı çirkinliklərdirlər, onlara meyl etmək şeytanın vəsvəsələrindəndir…”.

İmam Rza (ə) buyurur: “Alah şərabaı ona görə haram etdi ki, onu içənləri ağıl və dərrakələrinin zay olmasına və dəyişməsinə (sönməsinə) səbəb olur”.

Günahın məstliyi: Əmirəl- möminin (ə) buyurur: Ağıllı adam özünü mal- dövlət məstliyi, qüdrətməstliyi, tərif məstliyi və cavanlıq məstliyindən uzaq saxlamalıdır, çünki bunların hər birinin çirkin və üfunətli iyi vardır ki, ağılı aradan aparır və vüqarı azaldır.

Şərabxorluq, məstlik, ağılın gücdən düşməsi və idrak qüvvələrin sönməsinə səbəb olduğu kimi günah da daha artıq məstlik və sərxoşluğa səbəb olur.

Günah da ağılı sıradan çıxarır, insanı düşüncədən məhrum edir. Bu baxımdan nəinki şərab, hər bir məstedici günah sayılır.

İmam Musa Kazim (ə) buyurur: Allah – təala şərabı onun adına görə haram etməyib, onun nəticələrinə görə haram edib. Deməli, həmin təsir və nəticəyə mailk olan hər bir şey şərabdır.”

Habelə buyurur: Hər kim üç şeyi üç şeyə qalib etsə elə bil öz ağlını məhv edib. Düçüncə nururunu uzun arzularla qaranlığa çevirən kəs. Hikmətini böş danışıqları ilə zay edən kəs. İbrət nurunu nəfsani istəkləri ilə söndürən kəs.

Ücb və özünü bəyənmək: Əli (ə) buyurur: Özünü bəyənmək ağılın rəqibi və onun həsədini çəkənlərdəndir.

Həzərət Əli (ə) buyuurur: Nadanla oturub- duran adamın ağlı azalar.

Bihudə danışıqlar: Həzərət Əli (ə) buyurdu: Bihudə və boş- boş danışığı ozünə qalib edən kəsin ağılı sönər.

Çox zarafat etmək: Həzrət Əli(ə)buyurdu: Çox zarafat edən şəxs axmaq sayılar.

Yoxsulluq və fəqirlik: Həzər Əli (ə) buyurur: Ey oğlum, hər kim yoxsuluğa giritar olsa, dörd dərdə dücar olar: Yəqinin süstlüyü, ağılın azlığı, dinin zəifliyi, üzlülük (həyanın azlığı). Yoxsulluqdan Allaha pənah aparıram!.

Mənbə: “Məfatihul-həyat”, Ayətullah Cavdi Amoli.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930