“Gördüm ki, Həzrət İmam Zaman (ə.f) sinə vuranların arasında sinə vurur və ağlayır...”
Mьəllif: admin1
Tarix: 2-08-2022, 08:27
“Gördüm ki, Həzrət İmam Zaman (ə.f) sinə vuranların arasında sinə vurur və ağlayır...”

Bəzi insanlar Seyyidi-Şühəda (ə) əzadarlığının əhəmiyyəti haqqında eşitməmişlər. Onlar bilmirlər ki, bu haqda çox sayda hədis gəlib çatmışdır.

Din alimləri İmam Zaman ağanı (ə.f) sevindirmək istəyənlərə buyururlar ki, İmam Hüseyn (ə) müsibətinə ağlamaq sizi Həzrətin (ə.f) sevimlisi edə bilər.

Mərhum Seyyid Bəhrul-ulum Aşura günü bir neçə tələbəsi ilə bir yerdə Kərbəlada sinə vuranlara qoşulur və mərsiyə deyirdi. Tələbələr anidən görürlər ki, bu böyük alim əbasını, əmmaməsini çıxardıb başqa sinə vuranlar kimi yüngül paltarla sinə vurmağa başladı.

Bu halda özünü sinə vuranların arasına atdı və sinəsinə, üzünə vurmağa başladı. Onunla bir yerdə gələn tələbələr müəllimlərinə mane olmağa çalışdılar, ancaq bacarmadılar.

Nəhayət bir dəstə tələbə alimi əhatəyə alıb onu qorumağa başladılar ki, birdən kiminsə ayağı və ya əli ona dəyib narahat edər. Sinə vurma mərasimi sona çatan zaman tələbələr alimdən bu hərəkətinin səbəbini soruşdular.

Alim deyir: “Sinə vuranlara çatan zaman gördüm ki, Həzrət İmam Zaman (ə.f) başı və ayaqları yalın halda sinə vuranların arasında sinə vurur və ağlayır.

Mən taqət gətirmədim və özümü unutdum. Həzrətin (ə.f) xidmətində dayanıb onun kimi sinə vurmağa başladım”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930