Şəhidin hansı günahı bağışlanmır?
Haqqun – nass (insan haqları) o qədər əhəmiyət kəsb edir ki, Allah buyurur ki, mən ona qarışmıram. Peyğəmbərimiz (s) buyurur: “Şəhidin ilk qan damcısı yerə daman kimi onun bütün günahları bağışlanlr, əlbəttə haqqun- nasdan (insan haqlarından)başqa”. Haqqun-nass 4 qismə bölünür onları qeyd etdirik: 1. Bir şəxs bilir ki, boynunda başqasının haqqı var və haqq sahibinin də yerini bilir, belə vəziyətdə onun haqqını ödəməlidir. 2. Haqq sahibini tanıyır, ancaq haqqının miqdarını bilmir, bu surətdə haqq sahibinin yanına getməli və onu razı salmalıdır. 3. Bilir ki, boynunda başqasının haqqı var , lakin haqq sahibini tanımır, belə hallarda haqq sahibi tərəfindən sədəqə verməli və ya lazımı yerlərə ödəməidir yəni, “rəddi məzalim” etməlidir. 4. Bilir boynuna başqalarının çox haqqı var, ancaq onun miqdarını bilmir və sahiblərin tanımır, belə durumda da “rəddi- məzalim” etməlidir. Qeyd edək ki: Haqqun-nass o qədərə əhəmiyyət daşıyır ki, İmam Hüseyin (ə) aşura gecəsi buyurdu ki, “hər kimin boynunda haqqun- nass varsa getsin”. Əgər dünyanı düzgün tanımasaq ona giriftar olacaq və toruna düşəcəyik. İmam Hüseyin (ə) bu barədə buyurur: "Dünya insanlara qəriblik edir, insanlar isə dünyaya hərislik edirlər.” Seyid Möhsin Ələmul-Huda Oxşar xəbərlər
|