İlahi peyğəmbərlər (ə) də İmam Hüseynə (ə) göz yaşı töküblər
Mьəllif: admin1
Tarix: 2-08-2022, 22:54
İlahi peyğəmbərlər (ə) də İmam Hüseynə (ə) göz yaşı töküblər
Həzrət Musa (ə).

Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır.

Musa (ə) buyurur: "Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”.

Xitab gəlir: "Hüseynin (ə) qanı bura töküləcəkdir”.

Musa (ə) dedi: "Hüseyn (ə) kimdir?”.

Xitab gəldi: "Hüseyn (ə) - Muhəmməd Mustafanın (s) və Əli Murtəzanın (ə) oğludur”.

Musa (ə) soruşur: "Onu öldürən kimdir?”.

Xitab gəlir: "Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”.

Həzrət Musa (ə) da Yezidə lənət oxudu.

Həzrət Süleyman (ə).

Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü.

Süleyman (ə) dedi: "Ey külək, sənə nə oldu ki, sakit oldun?”.

Dedi: "Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”.

Süleyman (ə) dedi: "Onu öldürən kimdir?”.

Dedi: "Yerlərin və göylərin lənət etdiyi Yeziddir”.

Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu.

Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi.

Həzrət Zəkəriyyə (ə).

Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, beş Ali-Əbanın (ə) adını ona öyrətsin. Cəbrayıl (ə) nazil olur və bu adları ona öyrədir.

Həzrət Zəkəriyyə (ə) nə zaman Muhəmmədin (s), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) adını çəkərdi, qəmi aradan gedərdi. Lakin nə zaman Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və ağlamağa başlayardı.

Bir gün dedi: "Allahım, bu nə sirdir ki, nə zaman bu dörd nəfərin adını çəkirəm, qəmim aradan gedir, lakin o zaman ki, Hüseynin (ə) adını çəkirəm, göz yaşlarım axır və ah-nalə edirəm?”.

Allah Təala Hüseynin (ə) dastanını ona xəbər verir. Zəkəriyyə (ə) bu xəbəri eşidəndən sonra 3 gün məsciddən çıxmadı və əmr etdi ki, heç kəsin onun yanına gəlməsin. Ağladı və nalə çəkdi.

Həzrət İsa (ə).

Nəql edilir ki, Həzrət İsa (ə) öz həvariləri ilə Kərbəla torpağından keçirdi. Bir şir görür ki, insanların yolunu bağlayıb.

Şir İsaya (ə) tərəf gəlir və deyir: "Sizi keçməyə qoymayacağam o zamana qədər ki, Hüseynin (ə) qatilini lənətləməyəcəksiniz”.

Həzrət İsa (ə) soruşur: "Hüseyn (ə) kimdir?”.

Şir deyir: "Peyğəmbərin (s) və Əli Murtəzanın (ə) oğludur”.

İsa (ə) soruşur: "Onun qatili kimdir?”.

Deyir: "Qatili Yeziddir (lən) ki, səhra vəhşiləri Aşura günü onu lənətləyirlər”.

Həzrət İsa (ə) əlini qaldırıb Yezidə lənət oxuyur və şir onlardan uzaqlaşır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930