Ruzi dərdi çəkən…
Müqəddəs Məşhəd şəhərində Əsrin İmamının (ə.f) yolunu gözləyən abid qrup başçlarından biri mərhum arif Şeyx Əbdülkərim Hamidin görüşünə gəlir. Arif soruşur: -Dolanışığınız haradandır? Abid deyir: -Çörəkçiyik. Hamid: -Əgər dükanınızla üzbəüz başqa biri çörək dükanı açsa nə edərsiniz? Abid cavab verir: -Üzbəüz iki çörək dükanı olmaz ki. Şikayət edib, bağlatdırarıq. Mərhum arif pərişanlıqla deyir: -Get işinlə məşğul ol, sən İmamın yolunu gözləyən, intizarda olan deyilsən. İmamın intizarında olan nəfsini tərbiyə edir. Sən ki Allahın ruzi verməsinə inamsızsan, özünü necə tərbiyə etmisən?! Sən hələ ruzindən arxayın deyilsən, intizar sənlik iş deyil! Oxşar xəbərlər
|