"Vəhabilər şiələr ilə mübarizə etmək üçün Aşura günün orucunu Peyğəmbər (s.ə) sünnəsi olaraq təqdim edirlər"
Mьəllif: admin1
Tarix: 9-08-2022, 10:08
"Vəhabilər şiələr ilə mübarizə etmək üçün Aşura günün orucunu Peyğəmbər (s.ə) sünnəsi olaraq təqdim edirlər"

İmam Hüseynin (ə) matəm günlərinə təsadüf etdiyindən biz burada düşmənlərin tarix boyu həmişəki adətləri üzrə səpdikləri bir sıra şübhələr barədə söz açacağıq.
Bu barədə Baqirul-ulum (ə) fakultəsinin vəhabiyyət qrupunun keçmiş direktoru hüccətul-İslam Əhmədrza Bavuqar açıqlama verib.

Aşura günündə oruc tutmaq barədə bir sıra şübhələr ortaa atılıb və "şiələrin sünnəyə arxa çevirdikləri və dində bidət yaratdıqları"- deyilir, rica edirik bu barədə açıqlama verəsiniz.

Məsəl belədir ki, Aşura günü şiələrin hüzn və kədərli günüdür və digər tərəfdən də rəvayətdə qeyd edilir ki, əməvi sülaləsi İmam Hüseynə (ə) əza saxlamaqla müxalifətçilik edirdi; hətta onun qarşısını əməli formada almaq üçün Aşura gününü sevinc və bayram günü olaraq elan etdilər və bəziləri "Aşura günü oruc tutmaq lazımdır"- dedilər. Həqiqətdə "şiələr, Aşura günü Peyğəmbərin (s.ə) sünnəsinə zidd olaraq oruc tutmurlar ki heç hətta onlar Aşura günü əzadarlıq da edirlər"- deyənlər Əməvi əqidəsinin davamçıları olan vəhabi təriqətidir!.

Sözünüzdən belə başa düşülür ki, Aşura günü oruc tutmaq vacib əməldir sadəcə şiələr bundan boyun qaçırır?

Baxın vəhabi təfəkküründə Aşura gününün orucu barədə iki məsələ mövcuddur ya vacibdir ya müstəhəb; ümmiyyətlə bu barədə məsələnin aydınlaşmaı üçün bir sıra bəhsləri qeyd etməyə ehtiyac var

Şiə və sünnü mənbələrində məsələnin dəlili necə bəyan edilib?

Baxın bu barədə fikir ayrılıqları var, amma sübut olacaq ki, vəhabilərin bu sözləri və əməvilərin etdikləri əməl dində bidətdir.

Sualı cavablandırmaq üçün qeyd etməliyik ki, Aşura günü oruc tutmağın müstəhəb və ya vacib olmasını deyən rəvayərlər qeyri-mötəbər rəvayətlərdir. Belə ki, son zamanlarda Səudiyyə Ərəbistanın bəzi universitet alimləri (misal olaraq Əli Həsən Əli Hələbi, doktor İbrahim Taha Qeysi və doktor Həmdi Muhəmməd Murad) tərəfindən ensklopediya çap olub; onlar bu ensklopediyada bəzi saxta rəvayətləri toplayıb və bu rəvayərlərarasında Aşura günündə oruc tutmaq barədə olan rəvayətlər də var.

Bu əsasla əhli-sünnə alimləri arasında bu günün orucu barədə bir neçə fərqli fikirləri var. Birinci nəzəriyyədə ümumiyyətlə bu məsələ əsasdan inkar edilir və deyirlər bu günü nəinki oruc tutmaq vacibdir hətta müstəhəb də deyil; ikinci nəzəriyyə budur ki, bu rəvayətlər sənəd baxımından qeyri-mötəbərdir və bəzilərinin də fikrincə bu rəvayətlər məna baxımından da iradlıdır belə ki, iddia edilən mənanı ifadə etmir.

Bəzi şiə və sünnü alimlərinin də fikrincə Aşura gününün orucu Ramazan ayının orucu vacib olmamışdan öncə vacib olub və sonra isə nəsx edilib.Misal olaraq mərhum şeyx Səduq "Mən la yəhzəruhul-fəqih" kitabında İmam Baqirdən (ə) belə bir rəvayət nəql edir: "Ramazan ayından öncə Aşura gününün orucu var idi, amma Ramazan ayının orucu nazil olandan sonra (o) tərk edildi".

Bu barədə əhlü-sünnə kitabından da bir hədis nəql edilir.

Səhih-Buxari kitabında bu barədə bir neçə hədis nəql edilib; bu hədislərdə deyilir ki, İslam Peyğəmbəri (s.ə) Aşura günü oruc tutmurdu və o gündə oruc tutmaq barədə əmr etmirdi. (Səhih-Buxari, cild: 1, səh: 341)

Həsən ibn Siqaf şafei Aşura barədə yazır: "Bəni Uməyyənin siyasi həyatını biruzə verən həqiqətlərdən biri budur ki, onlar "hədəf, vəsiləni mümkün edir" məntiqini davam etdirirlər. Bu məntiqə əsaslanaraq onlar Aşura hadisəsini dəfn etməyi özlərinə caiz bilirlər. Buna görə onlar saxta hədislər qondarıb onları İmam Hüseynə (ə) bağladılar. (Məcəllətul-Hadi, yeddinci il, 2-ci nömrə).

Bu əsasla qeyd edilən mənbələri nəzrədə alaraq demək olar ki, Aşura gününün oruc məsələsinin- istər vacib ola və istərsə də müstəhəb- heç bir qəti və mötəbər sənədi yoxdur.

Əhli-sünnənin nəzərində də bu barədə olan hədislər qeyri-mötəbər hədislərdir və hətta özləri çap etdikləri ensklopediyada buna işarə etdilər.

Amma Bəni Uməyyə və onların ardınca vəhabilər şiələr ilə mübarizə etmək üçün Aşura günün orucunu Peyğəmbər (s.ə) sünnəsi olaraq təqdim edib və hətta bu günü şənlik günü kimi qeyd edirlər. Həiqqətdə bu gün Əhli-beytin (ə) hüznlü günüdür.

Bu barədə Əbu Reyhan Biruni "əl-Asarul-baqiyə" kitabında yazır: "Müsəlmanlar, Aşura günündə Peyğəmbərin (s.ə) balası öldürüldüyünə görə, Əhli-beytinin xeymələrinə od vurulduğu, başların nizələrə vurulması və şəhidlərin cənazələri üzərinə at çapdırılmasına görə bu günü nəs gün hesab edirdilər.

Amma Bəni Uəyyə isə məhərrəmlik günlərində zinətlənib bayram etdilər və ziyafətlər keçirdilər. Bu adət-ənənə onların hakimiyyəti dövründə yayıldı və hətta hakimiyyət dövürləri bitəndən sonra da bu adət davam etdi". (Əl-Asarul-baqiyə, səh: 524).


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930