Uşaqlara məhrəm-naməhrəm münasibətlərini necə öyrədək?
Əgər övladlarımızı elə tərbiyə etmək istəyiriksə ki, İlahi əhkama riayət etsinlər, gərək bu tərbiyəyə uşaqlıq dövründən başlayaq.
Qızların və oğlanların büluğ zamanı çətinliklə üzləşməməsi üçün tədricən, xüsusi plan quraraq onları məhrəm və naməhrəm mövzuları ilə tanış edək. Tərbiyənin ilk günündə onlarla ayrı-ayırlıqdan bu haqda söhbət edək. Bu mövzu qızlar üçün daha çox əhəmiyyətə malikdir. Çünki onlar oğlanlardan daha tez həddi-büluğa çatarlar. İslam dini buyurur ki, 6 yaşdan sonra qız və oğlanla ayrı yollarla rəftar etmək lazımdır. Dinimiz tövsiyə edir ki, 6 yaşlı qız uşağını oğlan uşağı və ya naməhrəmlərdən heç kəs öpməməli və qulcağına almamalıdır. Həmçinin naməhrəm qadınlar yaşı 7-ni keçmiş oğlan uşaqlarını öpməkdən özlərini saxlamalıdırlar. Dinimiz tövsiyə edir ki, 6 yaşa çatmış uşaqların yatağını bir-birindən ayırmaq lazımdır. Bu əməl sayəsində həm qız və həm də oğlan məhrəm və naməhrəm münasibətlərini öyrənməyə başlayar. Əgər övladımızın əxlaqlı, dindar, sevgi dolu olmasını istəyiriksə, gərək tərbiyə üslubunu elə tərtib edək ki, uşaq özü ona tərəf meyl etsin, məcbur olmasın. Bu mövzuda mühüm olan şey – meyl və stimuldur. Uşaq və yeniyetmə gərək özünü elə əzmli və dəyərli hesab etsin ki, özünü batindən kontrol edə bilsin. Uşaqlar elə tərbiyə olunmalıdır ki, hətta gözdən uzaqda bir yerdə fəsad üçün zəminə yaransa belə, təqvaya riayət edə bilsinlər. Yeniyetməni elə tərbiyə etmək lazımdır ki, özünü kontrol etməyi bacarsın və xarici kontrola az ehtiyacı olsun. Yəni, onları elə yetişdirək ki, hətta əgər günah mühitinə daxil olsalar belə, orada qərq olmasınlar. Bu mühitdən quru halda çıxa bilsinlər. Valideyn gərək İlahi əhkamı əvvəl özü yaxşı öyrənsin ki, sonra da onu düzgün şəkildə övladlarına öyrədə bilsin. Bu mövzuda təfrit və ifrat etməsin. Uşaqlarımızı gərək elə yetişdirək ki, onlar özlərini batindən kontrol edə bilsinlər, bizim kontrolumuza möhtac olmasınlar. Həzrət Zəhra (s.ə) buyurur: "Qadın gərək naməhrəmi görməsin və naməhrəm də onu görməsin”. Bu nurani sözlər o kəsə aiddir ki, insanlıq cəhətdən inkişaf etmiş və Xanımın (s.ə) bu kəlamını bütün varlığı ilə qəbul edər. Onu öz həyatının bayrağına çevirər. Dini hömklərə əməl etmək – ailənin ictimai rəftarlara diqqət etməsi deməkdir. Hər nə qədər ailənin mədəniyyəti yüksək olarsa, həyatın xırdalıqlarına daha çox diqqət edər. O qız ki, naməhrəmlə rastlaşan zaman hicabına riayət edər, hətta əgər bu, əmisi oğlu, ya dayısı oğlu olsa belə, bu yolla öz mədəniyyətini nişan verər. Quranın nəzərinə görə, bu vəzifə çətin deyildir, bəlkə ona əməl etmək və ibadət ləzzətini hiss etməklə insan onu başqa şeylə müqayisə etməyə cəhd belə etməz. Allah Təala insanın faydasına olmayan heç bir vəzifə təyin etməmişdir. Əgər bir şeyi onun üçün haram buyurubsa, deməli xeyir bundadır. İslam dininin heç bir hökmü hikmətsiz deyildir. /Deyerler.org/ Oxşar xəbərlər
|