Seyyidlər kimdir? Onların məqamı necədir?
Mьəllif: admin1
Tarix: 22-05-2022, 10:47
Seyyidlər kimdir? Onların məqamı necədir?
Müsəlmanların arasında xüsusilə də Əhli-beyt (ə) davamçılarının arasında seyyidlərin xüsusi ehtiramı və hörməti vardır. Bəs seyyidlər kimlərdir?

“Seyyid” sözünün lüğət mənası böyük, ağa və sərvər mənasını verir. Həzrət Peyğəmbərin (s) və onun övladlarının nəslindən olanlara seyyid deyirlər. Yəni o kəslərin nəsli ki, Haşim ibni Əbdmənafa çatır, seyyid sayılırlar.

Seyidlərin bəziləri Peyğəmbərin (s) əmiləri olan: Əbutalibin, Həmzənin, Abbasın nəslindən gəlir. Abbasın nəslindən gələnlərə bəni-Abbas deyirlər.

Həzrət Peyğəmbərin (s) oğlanları hələ kiçik yaşlarından dünyadan getmişdilər. Ona görə də Həzrətin (s) nəsli Fatimeyi-Zəhra (s.ə) vasitəsilə davam edir.

Bütün İmamlar (ə) və İmam Əlinin (ə) bütün övladları seyyid sayılırlar. Seyyidlik Peyğəmbərin (s) vasitəsilə gəlsə də, ancaq yalnız Həzrətə (s) aid deyildir.

Bəlkə seyyidlik Bəni Haşimə də aid edilir. Yəni Əbutalibə, Əqilə, İmam Əliyə (ə), Həmzəyə, Cəfər Təyyara və onların övladlarına. Bir çox seyyidlərin şəcərə sənədləri mövcuddur və bu sənəd nəsildən-nəslə ötürülür və bu da onun seyyid olmasını sübut edir.

Seyyidlərin iki mühüm budağı:

1. İmam Əlinin (ə) üç övladından olan nəvələri. Bu oğlanlar: Muhəmməd Hənəfiyyə, Abbas ibni Əli, Ömər ibni Əli. Onlara ələvi seyyidliyi çatır.

2. İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəvələri. Onlara Haşimi seyyidliyi çatır.

Kərbəla hadisəsi zamanı İmam Səccaddan (ə) başqa İmam Hüseynin (ə) heç bir oğlan övladı sağ qalmır. Ona görə də Hüseyni seyyidliyi onu vasitəsilə davam edir. Sonrakı İmamların da seyyidliyi Hüseyni seyyidliyidir.

Seyyidlik - mənəvi bir şərafətdir. Həzrət Peyğəmbərin (s) nəslinin fəziləti haqqında çox sayda hədislər vardır. İmam Rza (ə) buyurur: “Biz nübuvvət nəslinin insanlar üzərində olan haqqımız Peyğəmbərə (s) görədir.”

Bəli, seyyidlərin insanların üzərində haqqı vardır. İnsanların da onların üzərində haqqı vardır. Ona görə də seyyidlər başqa insanlardan daha çox məsuliyyət hiss etməlidirlər. Öz rəftarlarına və əxlaqlarına nəzarət etməlidirlər.

Əgər hər kim seyyiddirsə, Peyğəmbərə (s) qohumluğu çatırsa, Peyğəmbərin (s) ali hədəflərinə əməl edirsə, təqvaya riayət edirsə, şübhəsiz ki, bu şəxsin məqamı uca olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mənim övladlarıma ehtiram qoyarsa, onlara hörmət edərsə, həqiqətdə mənə hörmət etmiş olar”.

Əgər kiminsə anası seyyidədirsə, o da Peyğəmbərin (s) nəslindən hesab edilər. Ancaq bir çox fəqihlərin fitvasına görə, seyyid hesab edilməzlər. Düzdür, bəzi alimlər onları seyyid hesab edir. Amma Əhli-beyt (ə) məktəbinin əksər nəzərinə görə bu insanlar seyyid sayılmaz.

Hədisi yazan nəql edir: “İmam Rzanın (ə) xidmətində əyləşmişdim. Seyyid haqqında söz düşdü. Həzrətə (ə) sual verdim: “Sizin nəsildən olub yolunu azanlarla sizin nəsildən olmayanlar arasında fərq varmı?”. Buyurdu: “Bizlərdən yaxşısının əcri ikiqat və pislərinin günahı da ikiqatdır”.

Ona görə də seyyidlər gərək öz nəsillərindən sui-istifadə etməsinlər. İmam Rza (ə) ona görə də başqa yerdə buyurur: “Peyğəmbər (ə) övladı olmaq kifayət deyildir, saleh əməl lazımdır”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930