Ustad Qiraətinin tövsiyələrindən...
Mьəllif: admin1
Tarix: 25-11-2020, 11:58
Ustad Qiraətinin tövsiyələrindən...

“Bundan əvvəl də şeytan (lən) və şəhvət var idi. Lakin indi internet şəbəkələrinin olması ilə uşaqlarımız bizim əlimizdə deyildirlər”...

İslam dini insanın bütün ehtiyaclarına cavab verən bir dindir. Bu ehtiyaclardan biri də ailəyə və həyat yoldaşına olan ehtiyacdır.

İnsanı bu yolda şeytana (lən) və şeytani işlərə tərəf çəkən bəzi əməllər vardır ki, onlara nəzər salaq:

- İnternet, təhrikedici filmlər.

- Sağlam olmayan mühit və əxlaqsız dostlar.

- Qadınların münasib olmayan geyimləri və bəzəkləri.

- Bəzi təhsil və iş yerlərində qadınla kişinin məhrəm-naməhrəm rabitələrinə riayət etməməsi.

Bu gün cavanların evlənməyinə mane yaradan amillərdən biri - evlilik üçün lazım olan maddi imkana malik olmamasıdır. Bura yaxşı bir iş, ev, toy mərasimi üçün lazım olanlar daxildir.

Ustad Qiraəti bununla bağlı buyurur: "Vilayət - ip kimidir. Bu gün bizim vəzifəmiz daha ağır olmuşdur. Bundan əvvəl də şeytan (lən) və şəhvət var idi.

Lakin indi internet şəbəkələrinin olması ilə uşaqlarımız bizim əlimizdə deyildirlər. Onların tək hidayət yolu - evlilik və namazdır.

Bir insan oksigenə və havaya, paltara ehtiyac duyar. İnsanın ən yaxşı libası - həyat yoldaşıdır.

Gərək bu yolda hər birimiz səy göstərək və hər bir bələdiyyə öz məntəqəsində evlənənlər üçün müvafiq yer təşkil etsin. Cavanların evliliklərinə mane olan amilləri aradan qaldırmaq üçün hamımız gərək səy göstərək".
(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930