“Ərbəin” ziyarəti – möminin 5 əlamətindən biridir
Ərbəin Aşura hərarətini yenidən alovlandırar və İmam Hüseynin (ə) əza atəşini yenidən şölələndirər. Bu böyük faciədən uzun zaman keçməsinə baxmayaraq, unudulmur və in.əallah ki, heç zaman unudulmayacaq. Çünki hər fürsətdə İmam Hüseyn (ə) növhəsi oxunur və Həzrətin hərəmini ziyarət etmək vurğulanır. İmam Həsən Əsgəri (ə) buyurur: “Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarəti, ələ əqiq üzük taxmaq, alnını torpağa qoymaq, (namaz zamanı) “Bismilləhir- Rahmənir-Rahim”i yüksək səslə demək”. Əhli-beytin (ə) bizləri əzadarlıq saxlamağa təşviq etməsi sadəcə savaba və ya günahlarımızın bağışlanmasına görə deyildir. Əza məclislərinin hədəfi – İmam Hüseynin (ə) xatirəsini həmişəlik canlı saxlamaqdır. İmam Hüseyn (ə) əzadarlıqlarında İmamın (ə) hədəfləri dirçəldilər və Həzrətin (ə) xatirəsi yenilənər. Əgər İmamın (ə) qiyamdakı hədəfi İslam ümmətini islah etmək, zülmə qarşı qiyam, əmr-be-məruf və nəhy-əz-munkər, namaz qılmaq, zəkat vermək, Allah yolunda cihad etmək, dini dəyərləri cəmiyyətə geri qaytarmaq, məzlumların haqqını müdafiə etmək, cəmiyyətin rifah içində olması, haqqa əməl etmək, batildən uzaq olmaq idisə, biz də əza məclislərində bu hədəflərə diqqət edək və onları bərpa edək. İmam Sadiq (ə) bu qiyamın hədəfi haqqında buyurur: “O Həzrət öz ürəyinin müqəddəs qanını Allah yolunda bəxşiş etdi ki, Allah bəndələrinə nadanlıqdan, cəhalətdən, yolunu azmaqdan nicat versin”. İmam Xomeyni (r) buyurur: “Bu Məhərrəm və Səfərdir ki, İslamı ayaqda saxlayır”. Bəziləri bu yanlış əqidədədir ki, İmam Hüseyn (ə) ona görə şəhid oldu ki, biz ağlayaq və günahlarımız yuyulsun. Bu xristianların batil xürafi əqidəsidir ki, deyir ki, İsa (ə) ümmətinin yerinə özünü qurban verdi ki, ümmətin günahları bağışlanılsın. İmam Hüseyn (ə) qiyamının hədəfi təbii ki, bu deyildi. İmam (ə) özünü və hər şeyini Allah yolunda qurban verdi ki, dini ayaqda saxlasın. Aradan gedən Həzrət Muhəmməd (s) dinini və sünnətini dirçəltsin. Cahiliyyət dövrünün bəzi nişanələrini məhv etsin və insanları nadanlıqdan, xurafatdan xilas etsin. İmam (ə) öz qiyamı ilə bu hədəfə nail oldu. Çünki əgər İmamın (ə) qiyamı olmasaydı, bu gün İslam dinindən heç nə qalmazdı. Dinimiz cahil insanların əlində dəyişdirilib, başqa dinlərin vəziyyətinə düşərdi. Ərbəin ziyarətində İmam Sadiqin (ə) mübarək dilindən Həzrət Hüseynin (ə) ləqəbləri sadalanır: Vəliyullah, İbni Vəliyullah, Həbibullah, Xəlilullah, Nəcibullah, Məzlum, Şəhid, Seyyid, Əminallah, İbni Əminallah, Nur, Əl-İmam, Əl-Təqi, Əl-Riza, Əl-Zəki, Əl-Huda, Əl-Məhdi, Sabir, Urvətul-vusqa. /Deyerler.org/ Oxşar xəbərlər
|