Böyük ustad Əllamə Həsənzadə Amulidən tövsiyyələr
İnsanın ruhani (mənəvi) aləminin güclənməsi üçün bunları etmək lazımdır... Bismillahir rəhmanir rəhim İnsan, heyvani düşüncələrinin (istəklərinin) azalması və ruhani (mənəvi) düşüncənlərinin güclənməsi üçün (normadan az olaraq) yemək və istirahətini məhdudlaşdırmalıdır (azaltmalıdır). Bunun ölçüsünü belə etməlidir – "İnsan gecə-gündüzünü əhatə edən 24 saat ərzində 2 dəfədən(yəni- səhər saat 8-10 arası və axşama doğru ) artıq yeməmilidir. Ayrıca nə zaman acarsa, acımasından 1 saat sonra yemək yeməli və yediyi zaman isə tam olaraq doymadan qalxmalıdır. Bu ustadın yemək miqdarı haqqında fikiridir." Yemək yeməyin keyfiyyəti haqqında isə hər kəsin bildiyi və riayət etdiyi ədəbdən başqa, ət çox yeyilməməlidir. Yəni ki, gündüz və axşam hər dəfəsində ət yeyilməməlidir. Hər həftə isə iki və ya üç dəfə (iki və ya üç gün) hər ikisinidə yəni həm gündüz həm axşam yemək yemək tərk olunmalıdır. Bacardıqca hər ayın üç günlük orucu tutulmalıdır. Yuxu haqqında isə bunları buyurmuşdur: Gecə gündüz, altı saat yatılmalıdır. Əlbətdə ki, dili qorumaq və qəflət əhli ilə yoldaşlığı tərk etmək üçün çox cəhd edilməlidir. Bunlar heyvani sifətlərin məhdudlaşdırılması üçün yetərlidir. İnsanın ruhani (mənəvi) aləminin güclənməsi üçün bunları etmək lazımdır: İlk olaraq, davamlı şəkildə istənilən nöqtəyə nail ola bilmədiyi üçün qəlbən hüzün və cəhd(səy) içində olmalıdır. İkinci olaraq, bacardığı qədər zikr və düşünməyi (təfəkkürü) tərk etməməlidir. Bu iki qol mərifətin göylərdə (mənəvi) seyridir. Səhər və axşam daim zikr edilməlidir ki,bu zikrlər haqqında isə ümumi olaraq hədislərdə buyurulub. Ən mühüm təqibat rəvayətlərdədə vurğulandığı kimi salavat və yatmaq zamanına aid olan zikrlər, xüsusilə yatmaq əsnasında dəstəmazlı və pak bir şəkildə zikr etməkdir. Gecə ibadəti haqqında isə, qış vaxtı sübh azanından üç saat öncə, yaz vaxtı isə bir saat yarım öncədən oyanıb, dua və ibadətlə keçirmək. Səcdələrdə "Yunusiyə" zikrini (La ilahə illa əntə sübhanəkə inni kuntu minəz zalimin) demək, yəni gecə-gündüz bu zikr tərk etməmək lazımdır. "Hər nə qədər bu zikri desə, təsiri daha çoxalacaqdır. Ən azı, gündə dört yüz dəfə oxumaqdır. Mən onun çox təsirini gördüm. Özüm və bir neçə insan bunun nə dərəcə təsirli olduğuna dair təcrübələrimiz var." Bundan başqa isə daim Qurani-Kərimi oxumaq və savabını isə Hz.Peyğəmbərə (s) hədiyyə etmək mühüm ibadət və işlərdəndir. Oxşar xəbərlər
|