Dünya və axirət xeyirinə çatmaq istəyən, gərək tamah etməsin və insanlardan ümidini kəssin
“Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).
Bəzəilərimiz yaraşıqlı və gözəçarpan maşınları görəndə ah çəkir və həsrət yeyirik. Bizim bu həsrətimizlə nə onların malından bir şey azalır, nə bizə bu maddi nemətlərdən birini nəsib edər. Bizim üçün qoyub getdiyi şey – ancaq qəm və qüssədir. Bu həsrəti müalicə etmək üçün yollar düşünmək lazımdır. Maddi şeylər bilirik ki. əbədi deyildir, ancaq yenə də həsrət çəkirik. Çünki dünya nemətləri və sevgisi qəlbimizi kor etmişdir və hələ də dünya röyasından ayıla bilmirik. Özümüzü bu dünyada əbədi və cavidan hiss edirik. Sanki ölüm bir gün bizim sorağımıza gəlməyəcəkdir. Loğman oğluna belə tövsiyə verir: “Ey oğlum! Ən ehtiyasız insan o kəsdir ki, əlində olana qənaət edər. Onların ən yoxsulu isə o kəsdir ki, insanların əlində olana göz dikər. İnsanların əlində olandan məyus ol və İlahi vədəyə etimad et. Sənə vacib olan üçün çalış. Sənin üçün zəmanət olunmuş və sənə çatacaq ruzini istəməkdə çox da tələbkar olma. Allaha təvəkkül et və bütün işlərində O, sənə kifayət edər”. İmam Sadiq (ə) buyurur: “Əgər baxışlarının aydın olmasını, dünya və axirət xeyirinə çatmağını istəyirsənsə, tamah etmə və insanlardan ümidini kəs”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizə beş vəsiyyət edirəm: insanlardan ümidinizi kəsin ki, qüdrət bunda olar. Tamahdan uzaq olun ki, yoxsulluq icad edər. Nə zaman namaz qılsan,xəyal et ki, son namazındır. Elə söz demə ki, ondan sonra üzr istəyəsən. Özün üçün istədiyini qardaşın üçün də istə”. Əgər başqalarının malik olduqları bizim həsrət çəkməyimizə səbəb olursa, gərək bunu yadda saxlayaq ki, zəngin olmaq məsuliyyətin və sorgu-sualın çox olması deməkdir. Biz yoxsulluğu müdafiə etmirik. Çünki mənbələrə görə, yoxsul – şeytanın (lən) qardaşıdır. O qapıdan ki, yoxsulluq gələr, başqa qapıdan iman gedər. Lakin bunu nəzərə alaq ki, zəngin olmaqla məsuliyyətimiz artar. Əgər əlimizdə olanların qədrini bilsək və qənaət etsək, bizim üçün başqalarının əlində olandan daha yaxşı olar. Oxşar xəbərlər
|