Şəhidin savabına necə çatmaq olar?
Mьəllif: admin1
Tarix: 12-07-2020, 23:06
Şəhidin savabına necə çatmaq olar?

Ölüm elə bir şeydir ki, hamı ondan qaçır. Bəzən də ölümün qorxusundan insan öz şəxsiyyətini itirir və zəlil olur. Əlbəttə bu, maddi dünyanın ardınca düşən insanlara aiddir.

Yəni, bu insanlar ya Allahı tanımırlar, ya tanıyırlar amma rəsmi şəkildə qəbul etmirlər. Onlar üçün ölümü yada salmaq çətindir, o ki, qaldı ölümü arzu etməyə.

Şəhadət arzusunda olan insan yorulmaz, səy göstərər və inzivaya çəkilməz. İlahi rizanı qazanmaq üçün çalışar.

Bizim vəzifəmiz şəhidlərin nurani yolu ilə irəliləmək və onları özümüz üçün örnək qərar verməkdir. İslami dəyərləri müdafiə etmək, Allahın möminlər üçün qoyduğu vəzifəni öhdəsinə götürmək, həyatını dini təlimlərə uyğunlaşdırmaq, Quran, sünnət – bütün bunlar şəhidlərin getdiyi həmin nurani yoldur.

Əgər insan bu yolda addım atsa, şəhadət yolunda qərar tutar. Şəhildərin savabından bəhrələnər. Baxmayaraq ki, şəhid olmasa belə.

Əgər şəhidlərin yolunda və İlahi hədəfləri həyata keçirtmək yolunda ki, Quran təlimləri və İlahi göstərişlərdir addım atsaq, öz məsuliyyətlərimizə əməl etmiş olarıq.

Hədislərin birində oxuyuruq: “Ən şərəfli və dəyərli ölüm Allah yolunda öldürülmək və şəhid olmaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim şəhadəti arzu etsə və Allahdan sadiqcəsinə istəsə, onu dünyadan şəhadətlə aparar. Arzusuna çatdırar. Hətta əgər öldürülməsə belə, ona şəhidin savabı verilər”.

Hər mömin şəhadəti arzu edər və bu, onun bariz sifətlərindən biridir. Peyğəmbərimiz (s) buyurur: “Hər kim ürəyində Ali-Muhəmməd (s) sevgisi ilə ölər, şəhiddir”.

Mənhal adlı bir nəfər nəql edir ki. bir gün İmam Sadiqə (ə) dedim ki, mənim üçün dua edin. Allah məni şəhid etsin! Həzrət (ə) buyurdu: “Mömin (hər halda) şəhiddir”.

Çalışaq ki, Allaha, nübuvvətə, Əhli-beytin (ə) vilayətinə olan imanımız və mərifətimiz artsın və onların göstərişlərinə əməl edənlərdən olaq. Saleh əməl yerinə yetirək ki, şəhidlik məqamı bizə də nəsib olsun.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930