ÖVLADLARIMIZA İSLAMİ ƏHKAMI SEVDİRƏK
Əgər övladlarımızın İlahi əhkama riayət etməsini istəyiriksə, gərək onların tərbiyəsinə körpəlikdən başlayaq. Yeniyetməlik dövründə isə istər qızların istər də oğlanların çətinliklə üzləşməməsi üçün tədricən, xüsusi şəkildə onları məhrəm və naməhrəm mövzularla tanış etməliyik. Tərbiyənin ilk günündə onlarla ayrı-ayırlıqda bu haqda söhbətlər aparmalıyıq. Bu mövzu qızlar üçün daha çox əhəmiyyətə malikdir. Çünki onlar oğlanlardan daha tez həddi-büluğa çatırlar. İslam dini buyurur ki, 6 yaşdan sonra qız və oğlanla ayrı yollarla rəftar etmək lazımdır. Dinimizdə tövsiyə edilir ki, artıq 6 yaşı tamam olan qız uşağını oğlanlardan və ya naməhrəmlərdən heç kəs öpməməli və qucağına almamalıdır. Həmçinin naməhrəm qadınlar yaşı 7-ni keçmiş oğlan uşaqlarını öpməkdən özlərini saxlamalıdırlar. Dinimiz bildirir ki, 6 yaşa çatmış uşaqların yatağını bir-birindən ayırmaq lazımdır. Bunun sayəsində həm qız və həm də oğlan məhrəm və naməhrəm münasibətlərini öyrənməyə başlayar. Əgər övladımızın əxlaqlı, dindar, sevgi dolu olmasını istəyiriksə, gərək tərbiyə qaydalarını elə tərtib edək ki, uşaq özü ona tərəf meyl etsin, məcbur olmasın. Bu mövzuda mühüm olan şey - meyl və stimuldur. Uşaq və yeniyetmə gərək özünü elə əzmli və dəyərli hesab etsin ki, daxilən günahlardan qoruna bilsin. Uşaqlar elə tərbiyə olunmalıdır ki, hətta böyüklərin olmadığı yerdə fəsad üçün zəminə yaransa belə, təqvaya riayət edə bilsinlər. Yeniyetmə ilə elə söhbətlər aparmaq lazımdır ki, özünə nəzarət etməyi bacarsın və basqalarının nəzaratinə ehtiyacı duymasın. Yəni, onları elə yetişdirək ki, hətta əgər günah mühitinə daxil olsalar belə, orada qərq olmasınlar. Bu mühitdən quru halda çıxa bilsinlər. Valideyn əvvəl gərək özü İlahi əhkamı yaxşı öyrənsin, sonra da onu düzgün şəkildə övladlarına öyrədə bilsin. Bu mövzuda təfrit və ifrat etməsin. Uşaqlarımızı elə yetişdirməliyik ki, onlar hər yerdə Allahın nəzəri altında olduqlarını dərk etsinlər. Dini hömkmərə əməl etmək - ailənin ictimai rəftarlara diqqət etməsi deməkdir. Ailənin mədəniyyəti nə qədər yüksək olarsa, o evdə həyatın xırdalıqlarına daha çox diqqət edərlər. Bir qız uşağı istər ailədə,istərsə də cəmiyyətdə naməhrəmlə rastlaşan zaman hicabına riayət edərsə, bu yolla öz mədəniyyətini nişan verər. Quranın nəzərinə görə, bu vəzifə çətin deyildir. Çünki ibadət ləzzətini hiss edən insan onu başqa şeylə müqayisə etməyi belə fikirləşmir. Allah Təala insanın faydasına olmayan heç bir vəzifə təyin etməyib. Əgər nələrisə onun üçün haram buyurubsa, deməli xeyir bundadır. İslam dininin heç bir hökmü hikmətsiz deyildir. islaminsesi.org Oxşar xəbərlər
|