Qurani-Kərimin nəzərində dünyanın gələcəyi
Mьəllif: admin1
Tarix: 24-06-2020, 23:27
Qurani-Kərimin nəzərində dünyanın gələcəyi

Qurani-Kərim bəşərin gələcəyi haqqında aydın və açıq bəyanlar vermişdir.
Dünyanın gələcəyinə aid olan ayələri bir neçə hissəyə bölmək olar:

1. Salehlər dünyanın varisləridir.

Gələcəyi bilmək istəyi insanı vadar edir ki, bəşərin gələcəyindən xəbər əldə etsin. Daima haqla batil bir-biri ilə vuruşur. “Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq”. (“Ali-İmran” 140).

Quran bu fikirdədir ki, İlahi iradəyə əsasən ancaq salehlər dünyanın varisləridir. Dünyada ədaləti bərqərar edəcəklər. Bütün dünya salehlərin hakimiyyəti altına girəcəkdir.

“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).

Başqa bir ayədə buyurur: “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55).
“(Gözəl) aqibət təqvaya məxsusdur”. (“Taha” 132).

2. Allah dininin möhkəmlənməsi və dünyada təhlükəsizliyi yaymaq.

“Müşriklərə xoş gəlməsə belə, Öz Peyğəmbərini hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur”. (“Tövbə” 33).

“Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).

3. Peyğəmbərlər (ə) qələbə çalacaq.

Peyğəmbərlər (ə) tarix boyu kafirlər və müşriklərlə mübarizə aparmış, lakin öz dinlərini bütün dünyaya yaymağa müvəffəq olmamışdılar. Hər bir əsrdə peyğəmbərlərə (ə) qarşı çıxan dəstələr olmuşdur. Quran buyurur ki, gələcəkdə belə olmayacaqdır və bütün peyğəmbərlər (ə) qələbə çalacaqlar.

“Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik”. (“Ğafir” 51).

“Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır. Və əlbəttə, qalib Bizim qoşunumuzdur”. (“Saffat” 171-172).

4. Haqla batilin mübarizəsində haqq həmişə qalib gələr.

Nə zaman salehlərlə kafirlərlə mübarizə aparsa, həmişə tövhid dini qələbə çalar. “Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin)”. (“Ənbiya” 18).

Quran başqa bir ayədə haqla batili kəflə suya bənzətmişdir. “(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı.

Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir”. (“Rəd” 17).

5. Cəmiyyətə qeyb yardımı olacaqdır.

Quran buyurur ki, dünyanın sonuna yaxın fədakar insanlar meydana gələcəkdir ki, bütün qüdrətləri ilə İslamın izzətini qaldırmaq və küfrü aradan aparmaq üçün çalışacaqlar. Ona görə də Allah insanlara xəbərdarlıq edir ki, əgər tövhid yolundan ayrılsanız, cahiliyyət vadisinə geri qayıdarsınız.

İnsan cəmiyyəti həmişə kamala meyl edər. Elə insanlar olar ki, həm Allah onları sevər və həm də onlar Allahı sevərlər.

Onlar Allah üçün həmişə əzizdirlər. “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar”. (“Maidə” 54).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930