İnsanın daxilində kin yaradan 6 əsas amil. Kinin təsirləri
Mьəllif: admin1
Tarix: 26-11-2021, 21:45
İnsanın daxilində kin yaradan 6 əsas amil. Kinin təsirləri

Əxlaqın rəzil sifətlərindən biri də kindir. Kin qəlbin elə bir halıdır ki, zahirdə düşmənçilik edərək aşkar olar.

Əxlaqın rəzil sifətlərindən biri də kindir. Kin qəlbin elə bir halıdır ki, zahirdə düşmənçilik edərək aşkar olar. Kin bəsləyən insanlar həmişə əzabdadırlar. Çünki fikirləri bu mövzu ilə məşğuldur ki, qarşı tərəfdən necə intiqam alsınlar.

Lakin qafildirlər ki, başqasına əziyyət vermək istəyən insan əvvəl özünə əziyyət verər. Bu insanların bütün həyatı intiqam almağa sərf olunduğu üçün, qətiyyən kamala çata bilmirlər. Onlar kifayət qədər imana malik deyildirlər.

İnsanda kin yaradan əsas amillər:

1. Qəlbin xəstə olması. Qurani-Kərim buyurur ki, qəlbin xəstə olması – kinin zəminələrindəndir. “Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!”. (“Muhəmməd (s)” 29).

Bu insanlar adətən imanı zəif olan insanlardırlar. Onların nifaq yaratmağa meylləri vardır.

2. Şeytanın (lən) vəsvəsələri. Şeytan insanın qatı düşməni olaraq, onu daima pisliklərə tərəf çəkər. İman əhli arasında fitnə yaratmaq üçün, onların qəlblərinə kin toxumu səpər.

3. Gözləntinin çox olması. Məsumlar (ə) buyurur ki, həddən artıq gözləntinin olması kinə səbəb olar. Çünki o zaman insan başqasından çox şeyi gözləyər və həmin şəxs gözləntiləri yerinə yetirə bilməzsə, kinə məruz qalar.

İmam Əli (ə) buyurur: “Qardaşına olduğu vəziyyətlə səbir et, çoxlu məzəmmət etmə. Çünki bu iş kin gətirər”.

4. Fəzilətə malik olmamaq. Bəzən elə olur ki, şəxs başqalarının yanında elə fəzilətdən söhbət açır ki, başqasında həmin fəzilət yoxdur. Bu da səbəb olur ki, onun ürəyində kin meydana gəlsin.

Həzrət Əli (ə) buyurur: “Elmi o kəsin yanında bəyan etməkdən çəkin ki, ona meyli yoxdur. Həmçinin keçmiş məqam və şərafətdən o kəsin yanında ki, iftixaredici keçmişi olmaz, danışmaqdan çəkin. Çünki bu məsələ onun sənə kin bəsləməsinə səbəb olar”.

5. Söz gəzdirmək və yersiz zarafatlar. Söz gəzdirmək aşkar olarsa və həmin şəxsin qulağına çatarsa, kin və düşmənçiliyin yaranmasına səbəb olar.

Əmirəl-möminin (ə) buyurur: “Söz gəzdirməkdən çəkinin ki, kin gətirər”.

Başqa hədisdə İmam Əli (ə) buyurur: “Əsassız zarafatlar kinin səbəbləri kimi tanıdılır”.

İmam Əli (ə) buyurur: “Zarafatdan çəkinin, çünki yerində kin qoyar. Kiçik məzəmmət hesab olunar”.

6. Başqaları ilə mübahisə etmək və xırdaçılıq etmək. Xırdaçılıq etmək və mübahisə etmək dostluğu aradan aparar.

İmam Sadiq (ə) buyurur: “Din barəsində davakarlıq etməkdən çəkinin. Çünki ürəyi Alahı yada salmaqdan saxlayar və nifaqı irs qoyar. Kin və düşmənçiliyi dirildər”.

Kinin təsirləri.

1. Yaxşılıqları məhv edər. İmam Əli (ə) buyurur: “Kin, yaxşılıqları məhv edər”.

2. Fitnə yaradar. İmam Əli (ə) buyurur: “Fitnənin səbəbi – kin bəsləməkdir”.

3. Qəm və əzab icad etmək. İmam Əli (ə) buyurur: “Kin bəsləyənin ruhu əzabdadır və qəmi bir neçə bərabərdir”.

Quranda kinin müalicəsi.

1. Pisliklərə yaxşılıqlarla cavab verin. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

2. İmanı gücləndirmək. Qurani-Kərimdə iman, ürəklərdən kini aparan amil kimi tanıdılır. İman insanın şəxsiyyətini yenidən qurar və mötədil olmağa istiqamətləndirər. Ruhi xəstəliklərdən amanda saxlayar.

“İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar. Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq”. (“Əraf” 42-43).

3. Təqva. Qurani-Kərim buyurur ki, əgər təqvalı olsan, kindən də uzaq olarsan. “Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar. (Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız».

Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər”. (“Hicr” 45-47).

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930