İnsanı günahdan qoruyan amillər
Mьəllif: admin1
Tarix: 24-12-2020, 21:09
İnsanı günahdan qoruyan amillər

Hər bir insanın cəmiyyətdə ən mühüm ehtiyaclarından biri - kəramətinin, hörmətinin, abır və heysiyyətinin saxlanmasıdır. Bu ehtiyaclar insan üçün o qədər dəyərlidir ki, bəzən zəruri ehtiyaclarından keçməyə hazır olur ki, başqalarının yanındakı kəramətini qoruya bilsin.

İmam Əli (ə) bu ehtiyacı təmin etməyin iki yolunu göstərir: onlardan biri özünü saxlamaq, ikincisi isə keçici xahiş və istəklərə aldanmamaqdır.

İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda buyurur: “Rəiyyətə mehriban olmaq və onlarla dost olmaq və hamı ilə mehriban olmağı ürəyinin geyimi qərar ver.

Vəhşi ovçu olma ki, yeməyi qənimət biləsən. Rəiyyət iki dəstədir: ya sənin din qardaşlarındır, ya da sənin kimi xəlq olunmuşlardandır”.

Günahlarımızın azalmasına səbəb olan amillərdən biri – insanların izzət və abırına ehtiram qoyulmasıdır. İmam (ə) öz xidmətçilərinə buyurur: “Həqiqətən insanların eybi vardır ki, ümmətin rəhbəri onu gizlətməkdə hamıdan daha layiqlidir. Ona görə də məbada o şey ki, sənə gizlidir, onu aşkar edəsən”.

Başqa bir amil isə təqvadır. Təqva insanı hər cür çirkinlikdən qoruya bilir. Həqiqətən də İlahi təqva dünyada insanı bədbəxtlikdən hifz edər, axirətdə isə behiştə aparar. İmam (ə) buyurur: “Agah olun, təqvanın qayğısına qalın və özünüzü onunla qoruyun”.

İmam (ə) İlahi təqvanı itaətkar ata bənzədir ki, insanın səadətə çatdıra bilir. Eyni zamanda, şəhvəti üsyankar ata bənzədir ki, sahibini atəşə atır. İmamın (ə) nəzərinə görə İlahi təqva möhkəm pənah yeridir ki, onu süqut etməkdən saxlayır.

Günahlarımızı azaltmağın yollarından biri - nəfsani istəklərimizlə mübarizə etməkdir. İmam (ə) nəfsani istəklərə qalib gəlməyin yolunu belə göstərir: “O kəs ki, axirəti çox yada salar, günahları azalar”.

İmam (ə) yenə buyurur: “Agah olun ki, ölümü yada salmaq insanı zarafatdan və yersiz işlərdən saxlayar”.

İnsanı günahdan saxlayan bilən başqa bir amil - dindarlıqdır. Allahla möhkəm rabitəyə malik olmaq, Qiyamətdən qorxmaq, Qiyamət gününün hesabına inanmaq, dini hökmlərə sadiq olmaq – günahların azalmasında mühüm rola malik olan amillərdəndir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930