Müsəlman hər yaşda elm ardınca olmalıdır və heç bir bəhanə ilə elmdən əl çəkməli deyil
Mьəllif: admin1
Tarix: 6-01-2015, 22:11
Müsəlman hər yaşda elm ardınca olmalıdır və heç bir bəhanə ilə elmdən əl çəkməli deyil


Biz insanların əlində çox böyük nemətlər vardır ki, onlara ən kiçik diqqət belə etmirik. Ancaq əgər bir gün onlara malik olmasaq, dünyanı verməyə hazır oluruq ki, onu geri qaytaraq. Bu gözlərimiz kimi. Allah eləməsin, əgər bir gün yuxudan duranda dünyanı qaranlıq görsək, gözümüzün nuru əldən getsə, vücudumuzu dəhşət bürüyər. Tez bir zamanda çarə axtarar və həkimlərin sorağına gedərik. Yüzlərlə nəzir edər və Yeganə Allaha daima dua edərik. (Tebyan)

Bəli, bu görmək, eşitmək və nəfəs almaq bizim üçün o qədər adət halına düşmüşdür ki, bunların möcüzələrini unutmuşuq. Biz malik olduqlarımıza qarşı çox laqeyidik.
Bir gün nənəmlə bir ailə qonaqlığına getməli idim. Uzun yolda hər şeydən söhbət edirdik. Soruşdu: “Oğlum, mağazanın üstündə nə yazılıb?”. Təəccüblə ona baxdım və dedim: “Mağazanın adı yazılıb, nə satdığını yazıb”. Dedi: “Nə qədər maraqlıdır, belə olan halda məcbur deyilsən yaxınlaşasan, elə uzaqdan da görə bilərsən”. Məndən istədi ki, mağazaların bir neçəsinin üzərində yazılanları oxuyum. Uşaq ləvazimatları dükanı, Qızıl cücə restoranı... Bu sözləri eşidən zaman gülməyi tuturdu. Dedi: “Ey kaş, mən də onları oxuya bilərdim. İstəyərdim ki, maşınların üzərində olanları və telezivorda yazılanları oxuya bilim”.
Soruşdum: “Savadsız olmaq necədir?”. Dedi: Kor olmaq kimidir”.

Bəli, qədrini bilmədiyimiz nemətlərdən biri də savaddır. Bu gün korlar və lallar belə, savad öyrənə bilir. Lakin savadı olmayan insan doğrudan da kor kimidir.
Bəzən küçədə bir uşaq görən zaman belə düşünürük ki, bəlkə dərsdən qaçmışdır. Əgər belədirsə, yaxında nə qədər kor olduğunu hiss edəcəkdir.
Savad o qədər mühümdür ki, Allah Quranda buyurur: “And olsun qələmə (Lövhi-Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara”. (“Qələm” 1).

İmam Əli (ə) buyurur: “Həqiqətən, elm – qəlb həyatının (mənbəyidir). Kor gözləri aydınlandıran və gücsüz bədənlərə qüdrət verəndir”.
İmam Sadiq (ə) buyurur: “Əgər insanlar bilsəydilər ki, elmin nə qədər faydası vardır, hər an onu axtarardılar. Baxmayaraq ki, onun yolunda qan töksələr və dənizin dərinliklərinə düşsələr belə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Beşikdən qəbrə qədər elm öyrənin”. Yəni, müsəlman hər yaşda elm ardınca olmalıdır və heç bir bəhanə ilə elmdən əl çəkmək olmaz.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930