İlahi ərşi titrədən 5 əməl
Bəzi günahlar o qədər ağırdır ki, insanın axirətini yandırar. Ona düçar olmaq həyatın bünövrəsini sarsıdar. Hər bir günah İlahi qəzəbə səbəb olar. Lakin bəzi günahlar başqalarından daha ağırdır. İnsanın həm axirətinə və həm də aqibətinə təsir qoyar.
1. Allahın müqəddəs adlarının çəkilməsi. Dua mədəniyyətində oxuyuruq ki, dua etməzdən əvvəl Allahın müqəddəs adlarının çəkilməsi hacətin yerinə yetməsinə təsir qoyar. Həzrət Peyğəmbər (s) Əbdülmüttəlib övladlarına belə buyurur: “Ey Əbdülmüttəlib övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın. Canım əlində olan Allaha and olsun ki, o bəndə ki, dinində ixlasla bu kəlmələrlə Allahı çağırar, məgər o halda ki, ərş ona xatir titrəyər”. 2. İlahi ərşi narahat edən günahlar – ağır günahlardır. Bu cür ağır günahlardan biri də yetimi narahat etmək və incitməkdir. İslami mənbələrdə oxuyuruq ki, Allah yetimlərin haqqının qorunmasını vacib buyurmuş və bunu əhəmiyyətli mövzulardan hesab etmişdir. Bu haqqa qarşı laqeyd olmaq İlahi əzab gətirər. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar”. (“Maun” 1-2). Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Həqiqətən, o zaman ki, yetim ağlayar, İlahi ərş titrəyər. Allah Təala buyurar: “Kim kiçik yaşlarından ata və ya anasını itirmiş bu bəndəmi ağladıb? İzzətimə and olsun ki, hər kim onu sakit edər, məgər o halda ki, behişt ona vacib olar””. 3. Günahkarı mədh etmək. İmam Əli (ə) buyurur: “Həddən artıq mədh və tərifləmək yaltaqlıqdır və həddən artıq azı isə gücsüzlük və ya həsəddir”. Hər kim nalayiq insanı tərifləyərsə, İmam Həsən Əsgərinin (ə) buyurduğu kimi ittiham oluna bilər. Yəni, əgər dünya və mal-dövlətə çatmaq üçün olarsa bu cür tərif, tərifləyəni belə etibardan salar. Həm də təriflənən şəxs üçün ziyan gətirər. Çünki onu məğrur və təkəbbürlü edər. Həzrət Peyğəmbər (s) buyurur: “Tərifləyənlərin üzünə torpaq tökün”. Yəni, yaltaqlıq üçün meydan yaratmayın. Yersiz tərif riyakarlıq yaradar. Həzrət (s) başqa yerdə buyurur: “Nə zaman pis əməl sahibi təriflənər, ərş titrəyər, Allah qəzəbə gələr”. 4. Təlaq. İmam Sadiq (ə) buyurur ki, Allahı təlaq kimi heç bir əməl bu qədər qəzəbləndirməz. Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin və təlaq verməyin ki, təlaqdan ərş titrəyər”. 5. Allaha vəzifə təyin etmək. İnsanlardan bəziləri adət edib ki, Allahın hansısa bir işində şəkkə düşsə, Allaha vəzifə təyin edər. Yəni, deyər ki: “Əgər Allah bu işi görməsəydi, daha yaxşı olardı”. “Allahım, bu nə dünyadır ki, yaratmısan?”. Bütün bu sözlər insanın küfründən, mərifətin olmamasından qaynaqlanır. Bu yersiz sözlər İlahi ərşi titrədər və İlahi qəzəbə səbəb olar. Hədislərin birində oxuyuruq: “Hər kim bilmədiyi şeyi Allaha öyrətməyə qalxarsa, İlahi ərş titrəyər”. Oxşar xəbərlər
|