Böyük Qiyamətdən qabaq olacaq kiçik qiyamət
Mьəllif: admin1
Tarix: 3-05-2020, 22:20
Böyük Qiyamətdən qabaq olacaq kiçik qiyamət
Qurani-Kərimin çox sayda ayəsi və eləcədə “Kəhf” surəsi rəcət mövzusuna işarə edir və onun haqq olduğunu təsdiq edir. “Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz”. (“Bəqərə” 56).

“Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz”. (“Bəqərə” 73).

“Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə(ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)».

Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. (“Bəqərə” 243).

“(Ya Peyğəmbər!) Şübhəsiz, bu Qur’anı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir»”. (“Qəsəs” 85).

Hədislərimiz buyurur ki, bu ayə də rəcətə işarə edən ayələrdəndir. Bu ayədə hidayətlə gələn şəxs İmam Əlidir (ə). Allah Təala bu ayədə insanlara xəbərdarlıq edir ki, o zaman ki, Peyğəmbəriniz (s) gələcək ona iman gətirin.

Hədislər buyurur ki, bu ayədə Peyğəmbərə (s) yardım etmək, İmam Əliyə (ə) rəcət dövründə yardım etmək mənasındadır. Hədislər deyir ki, bu yardım rəcət zamanı olacaqdır.

Rəcətə işarə edən başqa bir ayədə oxuyuruq: “(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın.

Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır)”. (“Nəml” 82).

Hədislər buyurur ki, bu insan İmam Əlidir (ə) ki, Qiyamətdən əvvəl Allah Təala onu xaric edər, o halda ki, Musanın (ə) əsası əlində, Süleymanın (ə) üzüyü yanında olacaq. Möminlə kafiri bir-birindən ayıracaqdır.

İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) İmam Əlini (ə) məsciddə görür ki, məscidin çınqıllarını toplayır və sonra da başını o daşların üzərinə qoyub yatır. Peyğəmbər (s) onu tərpədir və buyurur: “Qalx, ey yerdən çıxan canlı!”.

Orada olan səhabələrdən biri deyir: “Ya Rəsulallah! Bizlərdən birimiz o birimizi bu adla çağıra bilərik?”.

Həzrət (s) buyurdu: “Yox. Allaha and olsun ki, heç kəs bu ada layiqli deyildir, Əli ibni Əbutalibdən (ə) başqa”.

Sonra Həzrət Əliyə (ə) buyurur: “Ey Əli! O zaman ki, axəril-zaman olar, Allah səni ən yaxşı şəkildə xaric edəcəkdir. Səninlə elə əsa olacaqdır ki, onunla düşmənlərə vuracaqsan”.

“Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq”. (“Kəhf” 47).

Bu ayə buyurur ki, Qiyamət olan zaman onları məhşur edərik. Heç kəsi buraxmarıq. Çünki, bu, böyük Qiyamətdir. Ancaq ondan əvvəl kiçik qiyamət olar ki, hər bir ümmətdən insanlar məhşur olar.

Hər ümmətdən bir neçə dəstənin məhşur olması böyük Qiyamət ola bilməz. Çünki böyük Qiyamət zamanı bütün insanlar məhşur olacaqdır.

İmam Sadiq (ə) buyurur: “Bu gün dedikdə - məqsəd rəcət günüdür. Əks halda Qiyamətdə bütün insanlar məhşur olar”.




/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930