Ölüyə Quran, xüsusiylədə Yasin surəsini oxumaq olarmı?
Mьəllif: admin1
Tarix: 13-05-2022, 18:03
Ölüyə Quran, xüsusiylədə Yasin surəsini oxumaq olarmı?
Ən mühüm və maraqlı suallardan biridə budur.Müsəlmanlar arasında bu məsələyə müxtəlif baxışlarla baxanlar var. Bəziləri deyirlər ki, boş şeydir, mən öləndən sonra artıq aradan gedəcəm, quran oxumaq kimi şeylər hara, ölü hara?Bunlar adətən axirətə inanmayanlardır.

Bəziləri deyirlər ki, olmaz çünki bu barədə hədis yoxdur.

Bəziləri deyirlər ki, olar çünki ata-babadan belə görmüşük. Bunların da dəlilləri yaxşı dəlil deyil.

Bəs bunların hansı düz deyir?

Xülasə! olar ya olmaz?

Bu barədə islam məzhəbləri arasında müxtəlif fikirlər söylənmişdir:

1-Hənəfiyyə məzhəbinə əsasən qəbir ətrafında ölüyə Quran oxumaq məkruhdur. (Əli Qari hənəfi, Fiqhul-Əkbər kitabı, s , 110.)

2-Şafeyi məzhəbinə əsasən ölüyə oxunan Quranın savabı ona çatmır. (Əttəzkirətu, Qyrtubunin kitabı, s , 7.)

3-Malikilərin məzhəbinə əsasən ölüyə Quran oxumaq məkruhdur. (Əş-Şərhu-s Səğir, c , 1, s , 180.)

4-Hənbəlilərin məzhəbinə əsasən isə ölüyə Quran oxumaq bidət və haramdır.

Biz istəyirik peyğəmbərin və əhlibeytin fikrinidə bilək.Ona görə də bunun cavabını istəyirik Quran və hədis əsasında verək.Çalışacağıq ki, həqiqəti deyək və kiminsə şəxsi fikri ilə işimiz yoxdur.

Ona görədə demək olar ki, biz bu yazımızda bir neçə suala cavab verəcəyik:

1-Ölüyə nəyinsə savabı çatırmı?Yaxud insan öləndən sonra əməl dəftəri tamamilə bağlanır ya elə əməllər vardır ki, öləndən sonrada ona yetişsin?

2-Ölüyə yasın və Quran oxumaq nə deməkdir?

3-Ölüyə yasın oxumaq olar?Yəni Quranın ölüyə savabı çatırmı?


Birinci sualın cavabında deməliyik ki, Quran ayələrinə və hədislərə diqqət yetirsək insan öləndən sonrada bəzi əməllərin ona, savabının çatmasına şahid olarıq.

1-Kəhf surəsi, 46-cı ayə.

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə, Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!

2-Məryəm, 76-cı ayə.

Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə, Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!

Bu iki ayələrdə Allah taala bəzi əməllərin əbədi qalmasından və əbədi qalan əməllərin əhəmiyyətindən danışmışdır.Baqiyat Salihat yəni əbədi qalan əməllər hədislərdə də özünü əks etdirmişdir ki, İnşəAllah bu barədə olan hədisləri qeyd edəcəyik.

Ayədə ümumi şəkildə əbədi qalan əməllərin nə qədər də Allah yanında əhəmiyyətli olduğu və insan öləndən sonra da o əməllərin bir yaxşı iş kimi öz qüvvədə qalması açıqlanmışdır.

Hədislərdə isə o əməllərin hansı əməl olduğu məsumlar tərəfindən zikr edilmişdir. O hədislər bunu göstərir ki, insan öləndən sonra da o əməllərin savabından bəhrələnir və o əməllər durduqca onun savabı sahibinə çatır.

Peyğəmbər (s) buyurmuşdur ki, insan öləndən sonra ona bir neçə əməlin savabı çatır:

1-Həmişə cari olan sədəqə (başqalarına fayda verən xeyir iş).

2-Başqalarına fayda verən elm.

3-Özündən sonra onun üçün dua edən saleh övlad.

Başqa bir hədisdə buyurmuşdur:

İnsan öləndən sonra bir neçə əməlin savabından bəhrələnər:

1-Başqasına öyrətdiyi və yaydığı elm.

2-Özündən sonra qoyub getdiyi saleh övlad.

Necə ki, başqa bir hədisdə peyğəmbərdən Baqiyat Salihat yəni əbədi qalan yaxşı işlər barədə buyurdu: Allah rəhmət eləsin qız atalarına ki, qız övladları Baqiyat Salihatdandır. (Müstədrəkul-Vəsail, c , 15, s , 116.)

3-Özündən sonra bir kitab yazıb qoymuş olsun.

4-Məscid tikdirmiş olsun.

5-Ya xeyriyyə evi tikdirmiş olsun ya da müsafirlər üçün yataqxana tikdirmiş olsun.

6-Bir quyu yaxud bulaq qazdırsın.

7-Diri və sağlam olarkən bir sədəqə vermiş olsun ki öləndən sonra onun savabı ona çatar.

Həmçinin başqa bir hədisdə belə buyurmuşdur:

Hər kəs islamda gözəl bir adət ən-ənənəni və peyğəmbərin sünnələrindən birini icra edərsə və başqalarıda ona əməl edərlərsə, onun savabına və ondan sonra kim ona əməl edərsə onlarında savabına, heç birisinin savabından azalmadan, nayil olar.

Bir gün bir kişi peyğəmbərə ərz elədi, anam vəfat edib, onun tərəfindən sədəqə versəm savabı ona çatarmı?

Peyğəmbər (s) buyurdu: Bəli. (Səhih Müslim.)

Başqa bir hədisdə peyğəmbərdən soruşdular ki, Sədin anası vəfat edib, hansı sədəqə onun tərəfindən verməyim daha da yaxşıdır?

Buyurdu: Su, ona görədə səd quyu qazdırdı və savabını anasına hədiyyə etdi. Ona görədə adı Sədin quyusu kimi şöhrət tapmışdı..(Səhih Müslim.)

Başqa bir hədisdə belə nəql olunmuşdur:

Bir kişi peyğəmbərə ərz elədi atam vəfat edib və bir miqdar malı, sərvəti qalıbdır və heç bir vəsiyyətdə etməmişdir onun tərəfindən sədəqə versəm kifayət edər?
Buyurdu: Bəli. (Səhih Müslim.)

Peyğəmbər (s) buyurmuşdur: "Ölüyə namaz qılarkən onu xalis niyyətlə dua edin".

Allah taala Həşr surəsinin 10-cu ayəsində buyurmişdur:

Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla.Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr- 10)

Həmçinin Muhəmməd (s) surəsinin 19-cu ayəsində buyurmuşdur:

"(Ya Rəsulum!)Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur.(Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha məlumdur.Ondan heçnə gizli qalmaz!)" (Muhəmməd-19)

İmam Əli (ə) buyurmuşdur: "Öz ölülərinizi ziyarət edin ki, onlar sizin ziyarətinizlə sevinirlər. Öz ata-ananızın qəbrinin yanındada hacətlərinizi Allahdan istəyin." (Üsuli Kafi, c , 3, s , 230.)

Peyğəmbər (s) buyurmuşdur:

Qəbirin birinci gecəsi meyitin ən çətin anlarındandır.Ona görədə ölülərinizə sədəqə verməklə rəhm edin.Əgər sədəqə verə bilməsəz, onda iki rəkət namaz qılın və birinci rəkətdə həmddən sonra iki dəfə İxlas surəsini oxuyun.

İkinci rəkətdə isə həmddən sonra Təkasur surəsini 10 dəfə oxuyub, namazın salamın deyib bitirin.Sonra isə belə deyin: Əllahummə səlli əla Muhəmmədin və ali muhəmməd və ib-əs səvabəha ila qəbri filan ibni filan.Allahım Muhəmməd və onun ailəsinə salavat göndər və bu namazın savabını filankəsə göndər.

Sonra peyğəmbər (s) buyurdu: "Allah taala həmin an 1000 mələk onun qəbrinə göndərər və ona hər biri bir cənnət libası gətirərlər.Qiyamətdə Sur çalınana qədər onun qəbri geniş olar və qəbrinin darlığından nicat tapar.

Namaz qılan üçün isə, günəşin nuru saçdığı şeylərin sayı qədər savab verilər. Allah onun dərəcə və məqamını 40 dəfə ucaldar". (Müstədrəkul Vəsail, c , 2, s , 113.)

Başqa bir hədisdə buyurmuşdur: "Öz ölülərinizi qəbirlərdə unutmayın.Onlar sizin ehsanlarınıza göz dikmişlər. Onlar həbs edilmişlər və sizin yaxşı işlərinizə ümid edirlər. Onlar heç bir yaxşı iş görməyə qadir deyillər. Elə isə onların əvəzində sədəqə verib, dua etməklə onlara hədiyyə verin". (Müstədrəkul Vəsail, c , 2 ,s , 115.)

Başqa bir hədisdə gəlmişdir:

Bir kişi peyğəmbərə ərz elədi:

Ata-anaya öləndən sonra hansısa əməllərin savabı çatırmı?

Buyurdu: "Bəli onlara salavat göndərib namaz qılmaq, onlar üçün istiğfar etmək, onların əhdlərinə vəfa etmək, onların dostalarını əziz tutub, ehtiram etmək və onların yaxınlarına get-gəl etməyin savabı çatar". (Müstədrəkul Vəsail, c, 2 ,s , 115.)

Başqa bir hədisdə gəlmişdir ki, Allah taala peyğəmbərə xoş xəbər göndərdi ki: "Mənə ümid bəsləyənləri naümid etmərəm və dirilərin duaları ilə ölülərdən əzabı götürərəm." (Müstədrəkul Vəsail, c, 2, s , 115.)

Başqa bir hədisdə buyurmuşdur: "Hər hasnı bir ölüyə hədiyyə göndərilən zaman, bir mələk onu alar və göndərilən ölülərə üz tutub deyər: Salam olsun sizə ey qəbir əhli! Sizin əhliniz sizə hədiyyə göndərmişdir. O hədiyyə ilə birgə onun qəbrinə daxil olar." (Müstədrəkul Vəsail, c, 2, s , 115.)

İbni Əbi Mənsur deyir: İmam Əliyə ərz elədim, ağa duanın meyitə bir xeyri varmı?

Buyurdu: "Bəli əgər qəbri dar idisə genişlənər və əgər Allah qəzəbinə düçar olmuşdusa Allah ondan razı olar." (Müstədrəkul Vəsail, c, 2 ,s , 112.)

Başqa bir hədisdə gəlmişdir: "Peyğəmbərdən insanın boynunda olan ən böyük haqq barəsində soruşulanda buyurdu: İnsanın boynunda ən böyük haqq ata-ananın haqqıdır.

Və sonra buyurdu: Bəzən bu dünyada ata-anasıyla yaxşı rəftar edənlər dünyasını dəyişəndən sonra valideynlərini unudurlar və ona görə ağ valideyn hesab olunurlar.

Və bəzi insanlarda bu dünyada valideynləri sağ ikən onlara ağ olurlar, amma, valideynləri dünyadan getdikdən sonra onların barəsində və onların tərəfindən istiğfar edirlər və ona görədə Allah taala yanında ata-anaya yaxşılıq edənlərdən sayılarlar." (Müstədrəkul Vəsail, c, 2 ,s , 113.)

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurmuşdur: "Valideynin haqlarından bir neçəsidə onların borclarını ödəmək, nəzirlərini yerinə yetirmək və onları söydürməməkdir." (Müstədrəkul Vəsail, c, 2, s , 113.)

Peyğəmbər (s) başqa bir hədisdə buyurmuşdur: "Ölü üçün ən gözəl hədiyyə istiğfardır". (Müstədrəkul Vəsail, c, 2, s , 113.)

Həmçinin o həzrət buyurmuşdur: "Ölülərinizi ziyarət edin və onlara salam verin". (Bihar, c , 79, s, 65.)

Başqa bir hədisdə buyurmuşdur: "İnsan öləndən sonra bir neçə şeyin savabından bəhrələnər.

1-Saleh övlad, 2-yazdığı kitab, 3-əkdiyi ağac, 4-quyu, 5-bulaq duzəltmək, 6-gözəl adət qoyub gedə". (Mənlayəhzuruhul-Fəqih, c, q , s , 185.)

Başqa bir hədisdə peyğəmbər (s) buyurmuşdur: "Möminlərin ruhları hər cümə axşamı gəlir dünya asimanına.Hər kəs öz evi ətrafında dayanıb qəmli və ağlaya-ağlaya səslə onları çağırır.Ey mənim övladlarım, ey mənim ata anam, ey mənim qohum-əqrəbam, bizim tərəfimizdən bir tikə çörək ya bir libas verməklə bizi sevindir.

Bizə rəhm edin. Sonra peyğəmbər başladı ağlamağa. Rəvayət edən deyir: bizdə ağladıq. Peyğəmbər elə ağlayırdı ki, ağlamağı danışmağının qarşısını almışdı.

Sonra isə buyurdu: Onlar sizin din qardaşlarınızdır. Sonra peyğəmbər (s) buyurdu: Peşman olub həsrətlə qayıdarlar və deyərlər ki, əgər biz özümüz Allah yolunda xərcləsəydik sizə möhtac olmazdıq". (Müstdrək, c,2,s,485.)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930