Həqiqi möminin şərtləri
Mьəllif: admin1
Tarix: 23-11-2017, 12:40
[center]Həqiqi möminin şərtləri
İmamət Allaha çatmaq üçün əsas yoldur
Deyerler.org: Ayətullah Seyid Muhəmməd Ziya Abadinin əxlaq dərsindən bəzi çıxışları.
“İmamət - Allaha çatmaq üçün əsas yoldur. Quran insanları ən yaxşı yollara hidayət edir. Quranın hidayət etdiyi ən mühüm yollardan biri də imamətdir. Allaha çatmaq üçün də əsas yol imamətdir. Bu gün biz xüsusi şəraitdə yaşayırıq. Düşmənlər ,xüsusilə də təkfirçilər tərəfindən hücuma məruz qalırıq. Təkfirçilər də düşmənlər tərəfindən muzdla ələ alınırlar ki, Əhli-Beyt (ə) davamçıalrı ilə əhli -təsənnün arasında təfriqə salsınlar və vəhdəti aradan qaldırsınlar.

Təkfirçilər tərəfindən Əhli-Beyt (ə) məktəbinin məhv edilməsi cəhdləri

Çox təəsüf ki, bu gün təkfirçilər bu sahədə çox iş görürlər. Əhli-Beyt (ə) davamçılarına töhmət vururlar. Ancaq sözlərinin hamısı yanlışdır. Onlar Əhli-Beyt (ə) məktəbini dağıtmaq istəyirlər. Ancaq bu gün siz məzhəbiniz haqqında eşitməli və mütaliə etməlisiniz. Məlumatınızı artırmalısınız. Alimlər və keçmişdəkilər öz sözlərini deyiblər. Bizim məktəbdən möhkəm məktəb yoxdur. Quran bizi hidayət edir və bizə yol göstərir. Ancaq onu oxumaq və hifz etmək kifayət deyildir, düşünmək lazımdır. Oxumaq və hifz etmək hədəf deyildir. Təfsir etmək də hədəf deyildir. Gərək düşünək və onu həyatda yerinə yetirək.

Əhli-Beyt (ə) - Quranın həqiqi ləyaqətidir
Quranda xülasələr və aydın olmayan şeylər vardır. Hər şey zahirdə deyilməmişdir. Bir çox ayələrin zahirini biz başa düşmürük. Quran ayələrini bəyan edən insanlar vardır. Hamı bu işi görə bilməz. O kəslər ki, Quran əhlidir - onlar Əhli-Beytdirlər (ə). Ona görə də Əhli-Beyt (ə) ilə Quranın yanında olmalıyıq. Beləliklə Quran bizi Əhli-Beyt (ə) evinə aparır. Bunlar hər ikisi bir-birinin yanında olmalıdır ki, hidayət ola bilək.

Həqiqi möminin şərtlərii
Mömin olmaq üçün üç şərt vardır: tövbə, iman və saleh əməl. Ancaq tövbə edib, iman gətirmək və saleh əməl kifayət etməz, bunlardan yüksəkdə Peyğəmbər itrəti (ə) durur. Əgər mən illərlə Məkkədə ibadət edəm, amma vilayətsiz ölərəmsə - cəhənnəmlik olaram. Allah qapı müəyyən etmişdir, Əli (ə) və ali-Əli (ə) qapısı. İslamda 73 müxtəlif firqə vardır. Ancaq Allah buyurmuşdur ki, bir qapıdan daxil olun ki, o da Əli və Ali-Əli qapısıdır.
Daha çox məzhəbiniz haqqında mütaliə edin. Əhli-Beyt (ə) məktəbi haqdır. Zahirə bağlanmayın, İmamı tanıyın və əməl edin.
Mala sevgi insan qəlbini çirkləndirər. Sədəqə vermək qəlbi pak edər. Şəfa da sədəqədədir. İnkişafa səbəb olar. Sədəqə verin və insanları bu işə həvəsləndirin ki, pak olasınız”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930