Heyvanlara rəhm etmək – imandandır
Mьəllif: admin1
Tarix: 17-04-2020, 10:28
Heyvanlara rəhm etmək – imandandır

Ayətullah Müctəhidi nəql edir ki, Nəsirəddin şahın kobud bir cəlladı var idi. Bu insan Tehranın yuxarı hissəsində yaşayırdı. Ömrünün son günlərində şəhərin axırında bir qadınla evlənmişdi. Birinci arvadı da bundan xəbərdar olur. Qəhətlik olur.

Bu cəllad elə bir yerdən keçir ki, bir it öz balaları ilə bir yerdə aclıqdan və susuzluqdan zingildəyirdi. Halı dəyişir və qəssabdan bir qədər ət alır. İtin qabağına atır ki, yesin.

Sonra da qəssaba pul verir və deyir ki, bu itə 40 gün ət ver ki, yesin. Əgər başa düşsəm ki, verməmisən, səni cəzalandıraram. Həmin qəssab da deyir, baş üstə.

Bu cəllad hər cümə günü dostları ilə bir yerə yığışardı. Əylənmək üçün şəhərdən kənara çıxardılar. Həmin günün gecəsi isə dostlarının birinin evində qonaq olardılar.

Həmin həftə növbə cəlladın evində idi. Hava qaralan zaman deyir ki, gəlin, bizim evə gedək. Onlar deyir ki, biz yorulmuşuq və sənin birinci evin şəhərin yuxarısında yerləşir.

Gəl ikinci arvadının yaşadığı evə gedək. Deyir ki, axı mən həmin evdə hazırıq görməmişəm. Dostları deyir ki, biz pendir-çörəklə də qane olarıq. Hər nə qədər təkid etdisə, qəbul etmədilər.

Onun ikinci arvadı qonaqlar üçün yemək bişirdi və yatdılar. Səhər olan zaman gördülər ki, bu cəllad ağlayır. Soruşurlar ki, nə olub. Deyir ki, qəribə bir yuxu gördüm.

Yuxuda İmam Səccadı (ə) gördüm ki, buyurur: "Bir heyvana rəhm etdiyin üçün Allah sənə nəzər etmişdir. Sən tövbəyə müvəffəq olmusan. Böyük bir bəlanı Allah səndən götürmüşdür.

Birinci arvadın bu gecə sənin yeməyinə zəhər tökmüşdü ki, hamınızı öldürsün. Əlaməti də budur ki, mətbəxin filan yerində bir qutu zəhər var. Lakin haqqın yoxdur ki, o qadınla pis rəftar edəsən.

Əgər səninlə yaşamaq isytəyirsə - yaşasın, əgər istəmirsə, haqqını ödə və təlaq ver. Sən bir aydan sonra atam İmam Hüseyni (ə) ziyarət etməyə müvəffəq olacaqsan. Elə oradaca dünyanı dəyişəcəksən”.

Dostları deyir ki, gəlin gedək, baxaq görək yuxusu düzdür, yoxsa yox? Həmin cəlladın şəhərin yuxarı tərəfində olan evinə gəlirlər. Evə çatan zaman arvadı onunla dava edir ki, niyə gecə gəlmədiniz? Mən çoxlu hazırlıq etmişdim.

Gedib mətbəxdə İmamın (ə) nişan verdiyi yerdən zəhəri götürürlər. Bu qadının rəngi qaçır. Səhvini boynuna alır. Həmin kişi deyir ki, əgər istəyisənsə, mənimlə yaşa.

Qadın deyir ki, mənim üzüm gəlməz. Səndən ayrılacağam. Kişi ona təlaq verir və haqqını da ödəyir. Bir ay ərzində hamıdan halallıq alır və Kərbəlaya gedir. Orada da dünyasını dəyişir.

Həzrət Peyğəmbər (s) heyvanlara rəhm etməklə bağlı buyurur: "Allah mehriban olmağı sevir. Onu həyata keçirtməyə yardım edir. Nə zaman arıq dördayaqlıya minsəniz, onları mənzillərinə (axurlarına) yola salın.

Əgər torpaq quru və bitkisiz olsa, oradan sürətlə keçin. Əgər yaşıl və otlu olsa, onlara orada istirahət verin”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Heyvanların üzünə vurmayın. Çünki onlar Allaha həmd və təsbih edirlər”.

Həzrət Peyğəmbər (s) bir gün görür ki, bir ulağın üzünə dağ vurublar. Buyurur: "Məgər eşitməmisiniz ki, mən lənət etmişəm o kəsi ki, heyvanın üzünə dağ basar?! Ya üzünə şallaq vurar?”.

Allahın yaratdığı hər bir məxluq əzizdir və bizim də borcumuz onların haqqını tapdalamamaqdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930