Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir
Mьəllif: admin1
Tarix: 26-05-2021, 10:38
Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir
Quranın nəzərinə görə ədalət, bir insani mələkə kimi bəşər fitrətindən qaynaqlanır. Belə ki, insanın xilqətində ədalətə və ədalət istəyinə doğru meyl qoyulmuşdur. Hər bir normal insan zülmə nifrət edir və ədalətsizliyi rədd edir.

"Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. ("Nəhl” 90).

"Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir”. ("Casiyə” 22).

İlahi ədalət – Allah Təalanın sifətlərindəndir. Varlıq aləmi də məhz ədalət üzərində xəlq edilmşdir. "Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu”. ("Ənam” 115).

Qurani-Kərim elə bir səma kitabıdır ki, orada həyatla bağlı göstərişlər, dünya və axirət səadətinin açarı gizlənmişdir. Ədalət bu müqəddəs kitabın dəyərli sözlərindən biridir.

Xilqətin başlanğıcından sonuna qədər də öz dəyərini qoruyub saxlayacaqdır. Peyğəmbərlər (ə) də məhz ona görə məbus oldular ki, haqq və ədalət yolunu bəşərə tanıtsınlar.

Hər bir insanın vəzifəsi ədalətə riayət etməkdir. Qurani-Kərim bu hadqa buyurur: "Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə(məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi)kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik”. ("Hədid” 25).

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır”. ("Maidə” 8).

Quranda ədalətin müxtəlif tərəfləri vardır ki, onlara işarə edək:

1. Malı çəkən zaman ədalətə riayət etmək. "Ölçü və çəkini ədalətlə tam şəkildə verin”. ("Ənam” 152).

"Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir”. ("İsra” 35).

2. Hökm verən zaman ədalətə riayət etmək. "Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir”.("Maidə” 42).

"Hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın”.("Nisa” 58).

3. Şəhadət verən zaman ədalətə riayət edin. "Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun!”. ("Maidə” 8).

4. Sənəd tərtib edən zaman. "(Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır”. ("Bəqərə” 282).

5. Danışan zaman. "(Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun”. ("Ənam” 152).

6. İnsanların arasını düzəldən zaman. "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə, Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa, onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir”. ("Hucurat” 9).

7. Ailədə ədalət. "Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin”. ("Nisa” 3).

8. Yetimlərə himayəçilik edəndə. "Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir)”. ("Nisa” 127).

9. Kafirə qarşı da. "Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir”. ("Mumtəhənə” 8).

İmam Əli (ə) buyurur: "Üç şey nicat amilidir: gizlində və aşkarda Allahdan qorxmaq, yoxsul və zəngin olanda mötədillik, qəzəbli və şad zamanı ədalətə riayət etmək”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031