Rəsuli-Əkrəmi (s) incidənlər - İlahi rəhmətdən uzaqlaşmışlardır
Mьəllif: admin1
Tarix: 28-08-2017, 09:58
Rəsuli-Əkrəmi (s) incidənlər - İlahi rəhmətdən uzaqlaşmışlardır
Həzrət Peyğəmbərin (s) mövludu ilə bağlı olan vəhdət həftəsi məzhəblərin bir-birinə yaxınlaşması üçün yaxşı bir fürsətdir. Quranda oxuyuruq: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Həzrət Peyğəmbərin (s) həyatda olduğu zamanlarda Həzrətin (s) xidmətində olanlar iman və etiqad cəhətdən o Həzrətlə (s) eyni səviyyədə deyildirlər. Onlarla bağlı bu ayə nazil olur: “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb”. (“Tövbə” 111).

“(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir”. (“Tövbə” 103).

Əziz Peyğəmbərimizin (s) ətrafında həm möminlər var idi və həm də münafiqlər. Mömin Allahın Vəlisindən hidayət olmaq məqsədilə bəhrələnər. Münafiq isə ona zərbə vurmağa çalışar. (Tebyan)

Vəhdət həftəsinin biz müsəlmanlara verdiyi faydalardan biri də dinlər və məzhəblərin ehtiramını saxlamaqdır. “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. (“Ənam” 108). Görün Quran nə qədər dinlərin müqəddəs saydıqları şeylərə diqqət edir və buyurur ki, hətta o bütləri belə söyməyin və nalayiq sözlər deməyin. O ki, qaldı qalan müsəlman məzhəblərinə.

Allah Peyğəmbərini (s) ən sevimli və ən əziz bəndəsi kimi tanıdır və buyurur ki, ona əziyyət vermək böyük günahdır və bu cür insanlar lənətə layiqdirlər. “Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır”. (“Əhzab” 57).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930