Axirəzzaman islami rəvayətlərdə
Mьəllif: admin1
Tarix: 19-03-2023, 11:28
Axirəzzaman islami rəvayətlərdə
Axirəz-zaman ərəb köklü bir söz, zamanın sonu və ya sonrakı zanmlar anlamındadır. Alimlərin bəziləri axır-zamanı qiyamətlə bir vaxt olduğunu hesab edirlər.

Amma axirəz-zamanın əsas mənası və bir çox alimlərin qəbul etdiyi məna budur ki, dünya yaşayışının sonuna bir az qalmış (yəni qiyamət günü) bir xilaskar gəlib dünyada vahid hökümək təşkil edəcək, bununla da dünyada ədalət bərqərar olacaqdır. Hamı bolluq içində olacaq, ac susuz qalan olmayacaqdır.

Bir çox dini yazılarda o cümlədən yəhudi, xristian, zərtüşt və islami kitablarda Axirəz-zamanda dünya xilaskarının gəlməsi haqda çox sayda rəvayətlər və yazılar mövcuddur.

Islami rəvayətlərdə istər əhli sünnə istərsə də şiə kitablarında dünyanın sonuna bir az qalmış xilaskarın zühur etməsi haqda çox əlamətlərə işarə olunub. Onlardan biri və ən məşhuru axırzamanda Dəccalın zühurudur.

Dəccalın həqiqəti
Dəccal haqqında bir neçə qrup mütəfəkkirin müxtəlif nəzəriyyələri vardır ki, insan onlardan bəzilərini nəzərdən keçirməklə Dəccal haqqında ümumi bir anlayış əldə edə bilər.
Birinci qrup: Bəziləri belə düşünür ki, Dəccal müəyyən bir şəxsin adı deyil, kim puç və əsassız iddialarla və hiylə vasitəsilə insanları aldadarsa, Dəccaldır. Rəvayətlərdə olan çoxlu dəccallar haqda olan sözlər də, bu ehtimalı gücləndirir. Misal üçün, Peyğəmbər (s) belə buyurur: “Övladlarımdan olan Mehdi (əc.) zühur etməyincə qiyamət qopmaz.

Həmçinin altmış dəccal zühur edərək hər biri “mən peyğəmbərəm” - deməyincə Mehdi (ə) zühur etməyəcək.Beləliklə, ümumi nəticə alırıq ki, iki növ dəccal var: Biri həqiqi Dəccaldır ki, bütün dəccallardan sonra İmamla (ə) eyni zamanda zühur edəcək və özünün həqiqi simasını göstərəcək. İkinci isə, batil dövlətlərin inkişaf etmiş texnoloji alətləridir (radio, televizor, kompüter, peyk antenləri və s.). Onlar bu vasitələrlə insanları azdıracaqlar.

Peyğəmbər (s) belə buyurur: “Dəccalın gəlişindən öncə yetmişdən çox dəccal gələcəkdir”.

İkinci qrup: Bu alimlər onu müəyyən bir şəxs bilir və Dəccal adıyla camaatı azğınlığa sürükləyəcəyinə inanırlar. Bu qrupdan bəziləri rəvayətlərə əsaslanaraq Dəccalın diri və həyatda olduğunu iddia edirlər. Misal üçün deyilir ki, Dəccal həzrət Rəsulullahın (s) zamanında olub, zühur edənədək diri qalacaqdır.

Üçüncü qrup: Bu qrupun nəzərlərinə əsasən, Dəccalın üç əsas yozumu vardır:

1) "Dəccal" birmənalı və tanınmayan bir məxluqdur. Onun əsl şəxsiyyəti zühuruna qədər naməlum qalacaq, zühurdan sonra isə hamıya məlum olacaqdır.

2) "Dəccal" müxtəlif mənalara malik olub, bütün Dəccal ardıcılları və dəccalsifətliləri özündə toplayır.

3) "Dəccal" müxtəlif və rəngarəng cilvələrə malikdir. O bu vasitəylə çoxlu insan azdırar və İmam Mehdinin (əc.) İlahi amallarının genişlənməsinə mane olar.

Dəccal haqqında əhli-sünnət alimlərindən olan Əhməd Hənbəl, Termizi,İbni Mace, Muslim və İbni Əsir öz kitablarında rəvayətlər nəql ediblər.

Dəccalın peyda olmasından əlavə Həzrət Mehdi (ə)-ın zühürunun başqa əlamətləri də var ki, aşağıda onların ber neçəsini qeyd edirik.

Qorxu və ümidsizliyin çoxalması

Həzrət İmam Baqir (ə) buyururb: Dünyaya zalim insanlar rəhbərlik edən zaman Mehdi (ə) zühür edəcək. Həmçinin o Həzrət buyurur: camaat arasında qorxu çoxalan vaxt Məhdi(ə) zühur üdəcəkdir.

Məscidlərdə hidayətin azalması

Həzrət Peyğəmbər axir zamanın xüsusiyyətlərini camaata açıqlayarkən belə buyurmuşdur: O zamanlar ( axırzamanda) məscidlər zahir cəhətdən çox qəşəng olacaq amma orada hidayət nurundan xəbər olan deyil.

Insanlar arasında atifə və mehribançılığın azalması

Peyğəmbər (s) buyurur: O zaman böyüklər uşaqlara güclülər isə zəiflərə rəhm edən deyillər, həmin vaxtda Allah taala Mehdi (ə)-a zühur icazəsi verəcəkdir.

Əxlaqsızliğin çoxalması

İmam Baqir (ə) öz tələbəsi Muhəmməd ibni muslimin zühurun vaxti haqqında verdiyi sualın cavabında belə buyurur: O vaxt ki, kişilər özlərini qadına, qadınlar isə özlərini kişiyə bənzədəcəklər.

İnsanlar arzu edəcəklər ki, kaş az evlad sahibi olaydılar

Axırzamanın əlamətlərindən biri də budur ki, o vaxt insanlar az evlad arzusunda olacaqlar. Bu barədə Muhəmməd (s) belə buyurur: Qiyamət yaxınlaşdığı zaman (Axirəz-zaman) beş evlad sahibi olan arzu edəcək ki, kaş dörd evladım olaydı, dörd evlad sahibi isə üç evlad arzusunu çəkər, üç evladı olan deyər ki, kaş iki evladım, iki evladı olan isə bir evladının olmasını istəyər və bir evlad sahibi olan şəxs də deyər ki, ey kaş heç uşağım olmayaydı.

Qəfil ölümlərin çoxalması

Ölüm Allahın qayda qanunudur, ondan uzaqlaşmaq və qaçmaq mümkün deyil. Amma ölümlər müxtəlif səbəbdən baş verir. Yol qəzası, xəstəlik, zəlzələ, sel və.s kimi amillər ölümə səbəb olurlar. Amma bəzən zahiri amillər olmadan ölüm baş verir, bu cür ölümə qəfil ölüm deyilir.

Rəvayətlərdə deyilir ki, axırzamanda bu cür ölümlərin sayı artacaq. Peyğəmbər (s) buyurur: Ağ ölüm yaxınlaşmayana qədər qiyamət baş verməz. Soruşdular ki, ya Rəsuləllah ağ ölüm nə deməkdir? Cavab verdi : qəfil ölüm.

Müharibə və qətllərin artması

Müharibə və çox sayda qətllərin çoxalması axırzamanın əlamətlərindən biridir. İman Rza (ə) buyurur: İmam Zaman (ə)-ın zühurundan qabaq çox sayda qətllər və müharibələr baş verəcək.

Peyğəmbər (s) və Məsum İmamların (ə) dilindən axırzaman və o zamanda yaşayan insanların haqqında müxtəlif xüsusiyyətlər qeyd olunub. Həzrət Əli (ə)-dan, Ey Əli axırzaman hansı zanadır deyə soruşdular?

Həzrət belə buyurdu: axır zaman O zamandır ki, alçaq insanlar hər yeri bürüyər, şərəfli insanlar isə az olar, padşahlar yırtıcı heyvanlar kimi kasıb insanları özlərinə qul edər, düzgünlük qarət olar və yalan çoxalar.

O zəmanənin insanları zahirdə biri birinə dostluq təzahür edər amma qəlbdə düşmən olarlar. Günah hər yanı bürüyər, günah etməyi özlərinə fəxr hesab edər və islamı qoyunun dərisini əksinə geyinilən kimi geyinərlər. ( islama öz istədikləri kimi əməl edər və onun qayda qanunlarını dəyişərlər).

Bir gün Peyğəmbər (s)-a səhabələr axırzaman haqqında sual verdilər,o Cənab (s) nurlu kəlamları ilə həmin dövrü onların gözündə canlandıraraq bir çox xüsusiyyətlərə işarə etdi ki, onlardan bəzilərinə xülasə şəkildə işarə edirik.

... Axır zamanda yaşayan insanlar öz imanlarını güclə qoruyub saxlamağa qadir olar...Onlar islam qayda qanunılarına o həddə etinasız olarlar ki, güya quran onlara yox onlar qurana rəhbərdilər... Həqqin yalnız adı qalar, və quranında yalnız yazıları...

O zaman bir zamandır ki, yaşamaq üçün vasitə əldə etmək( demək olar ki,) yalnız haram vasitəsi ilə mümkün olar... O zəmanənin insanları quzu canavardan qaçan kimi Dini alimlərdən qaçar...

Qarınları onların Allahı, qadınlar qibləgahları, var devlət dinləri və maddi imkanları isə onlar üçün dəyər və iftixar mənbəi olar... O zəmanənin insanları ixtilafa həvəsli, birlik və vəhdətə daha maraqlı olarlar...

Həzrəz Peyğəmbər başqa bir hədisdə buyurur: Axır zamanda mənim ümmətim 5 şeyi yaddan çıxaracaqlar.

1-Dünyanı sevib axirəti yaddan çıxaracaqlar.

2-Var-dövlətə ürək bağlayıb, qiyamətin hesab kitabını unudacaqlar.

3-Qadınlara məhəbbət bağlayacaq və hurul-eyni(cənnət qadınlarını) yaddan çıxaracaqlar.

4-Böyük qəsrlər və evlərə ürək bağlayar və qəbri yaddan çıxararlar.

5-Allahı yaddan çıxarıb özlərini daha çox sevərlər.

Peyğəmbərin (s) bu hədisini qısa cümlədə belə izah etmək olar ki, axır zamanda insanlar demək olar ki, imanlarını unudacaq və çoxusu mənəviyyata yox bəlkə maddi yaşayışa önəm verəcəklər.

Həzrət Peyğəmbər (s),Əli (ə) və digər İmam (ə)-ın cümlələrinə diqqət yetirsək axırzaman və o zanamda yaşayan insanların ümumi vəziyyətini dərk etmək çox asan olar.

Allah-taala bizi həmişə düz yolda addım atan və İmam Zaman (ə)-ın gəlişini həqiqi mənada gözləyən insanlardan qərar versin. Amin!

Kərbəlayi Elçin Qarayazılı
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930