Allah iblisi bu qədər ibadətinə görə niyə bağışlamadı?
Mьəllif: admin1
Tarix: 28-10-2024, 10:47
Allah iblisi bu qədər ibadətinə görə niyə bağışlamadı?
Tövhid dedikdə ancaq Allahın qarşısında əyilmək və səcdə etmək nəzərdə tutulur. Yəni, mən tək olan Allahdan başqasına pərəstiş etmirəm, ibadət etmirəm.

Şeytan məlun da belə idi. O, tövhidi yaxşı tanıyır və deyirdi ki, Allahdan başqasına ibadət və pərəstiş etmərəm. Bu tövhid – Uluhiyyət tövhididir. Lakin tövhidin elə bir qolu var ki, hər kim onu qəbul edər, dini tamam olar və Allah Təalanı həqiqi mənada qəbul etmiş olar.

Bu, Rübubiyyət tövhididir. Yəni, qəbul etdiyim bütün qanunlar – Allahın qanunlarıdır. Mən ancaq Allahın qanunlarına təsliməm, başqa qanunlara deyil. Hər nə desə, qəbul edərəm və itaət edərəm.

Şeytan (lən) Uluhiyyət tövhidini qəbul edirdi, amma Allahın qanunlarını qəbul etmirdi. Allah ona əmr edir ki, Adəmə (ə) səcdə et, lakin şeytan itaətsizlik edir. Allahın buyurduğu qanunu qəbul etmir.

Bəzi insanlar elə bilir ki, həyatının ancaq müəyyən bir dövründə günah ediblər, qalan dövlərdə pak olublar. Bəs niyə bu cür ağır nəticəyə gəlib çıxıblar? Allah belə deyildir, Allah bizim hər bir əməlimizi görür və hər kəsin əməl dəftərində yazır.

Sonra da zəmanənin İmamına (ə) çatdırır. “Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. (“Yasin” 12).

Ona görə də o zaman ki, insan deyər mən ömrümdə ancaq bir yalan demişəm, xəbəri yoxdur ki, yalanın təsiri hələ də qalmışdır və hətta gələcək nəsillərinə belə atılır. İblis (lən) də günahın böyüklüyündən xəbərsiz halda itaətsizlik etdi.

Günah – yəni Allaha itaətsizlik etmək. Heç bir günah kiçik və ya böyük deyildir. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Ən böyük günah odur ki, sahibi onu kiçik hesab edər”.

Bəli, İblis (lən) günah işlətdi və bunu əməli ilə nişan verdi. Ancaq buna görə qovulmadı, bəlkə bundan da böyük günahı var idi. Bu, etiqad günahı idi və əməl günahından daha ağır və daha həlakətlidir.

İmam Əli (ə) buyurur: “Allahın İblislə etdiklərindən nəsihət alın. Həmin an 6 min illik uzun səy və ibadətini bir saat təkəbbür edərək bada verdi”.

İnsan da çox sayda günah və səhvə düçar olur. Lakin heç bir günah təkəbbürdən ağır deyildir. Allah Rəhim və Rəhmandır. Ancaq insan gərək Allahdan rəhmət diləsin və bağışlanma istəsin ki, ona layiq ola bilsin. Allah tövbəni o zaman qəbul edər ki, bəndə səhvini boynuna alar və Allahdan bağışlanma diləyər.

Lakin insandan fərlqi olaraq, İblis (lən) etdiklərindən peşman olmadı. Nəinki tövbə etmədi, hətta boyun əymədi belə. Əgər biz şeytan tərəfindən aldanıb günah etsək, gərək onun kimi olmayaq. Tövbə etməyi və Allaha tərəf qayıtmağı bacaraq.

Deyək: “Ya Rəhim və Rəhman, ya Ğəffaril-zunub, ya Səttaril-uyub, ya Sərihəl-rza, səhv etmişəm, bağışla!”. Allah istəyir ki, insan Onun qüdrətini dərk etsin və o biri tərəfdən isə zəif olduğunu anlasın. Bu yolla səhvlərini düzəldib inkişaf etsin.

«(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». (Ənbiya” 87).

Biz gərək bu tövbəni ürəkdən edək ki, Allah da bizə belə cavab versin: “Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk”. (“Ənbiya” 88).

Allah Təala bizləri nicat tapmışlardan qərar versin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930