Qurani-Kərimdə adı çəkilən bitkilər
Mьəllif: admin1
Tarix: 29-11-2020, 10:06
Qurani-Kərimdə adı çəkilən bitkilər
Təbiətdə olan hər bir birki, ağac, meşələr insan həyatında aparıcı rola malikdirlər. Əgər bitki örtüyü məhv olsa insan həyatı da məhv olar.

Xurma. Quranın 20 ayəsində xurma və xurma ağacının adı çəkilmişdir. “Nəhl” surəsini 8 ayəsində və Quranın başqa surələrinin 12 ayəsində zeytunun, narın və üzümün adı çəkilmişdir. Xurmadan hazırlanan içəcəyi Quran ən yaxşı içəcək adlandırmışdır.

“Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır”. (“Nəhl” 67). Allah bu meyvəni behişt meyvəsi adlandırmışdır.

Xiyar. Allah Bəni-İsrayilin macərasında xiyarı yada salır. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın»”. (“Bəqərə” 61).

Reyhan. Allah Təala bu bitkinin adını Quranda iki dəfə çəkmişdir. Bir dəfə dünyada olan İlahi nemətlərindən biri kimi, bir dəfə də behiştdə ən yaxın insanlara verilən nemət kimi.

“Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər”. (“Rəhman” 12). “Onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır”. (“Vaqiə” 89).

Əllamə Təbatəbayi yazır: “Bu ayədə reyhan pak ruzi kimi tanıdılmışdır. Deyilir ki, o, xoş iyli behişt bitkisidir ki, behişt insanın sorağına gedər və o, iyləyəndən sonra can verər”.

Zəncəfil. Bu bitki - behişt əhlinin içəcəyidir. “Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər”. (“İnsan” 17).

Zeytun. Altı dəfə Quranda adı çəkilmişdir. Quran zeytunun bitməsini Allahın nişanəsi hesab edir. Zeytun ağacı mübarək adlandırılmışdır. Ona and içilmişdir. “Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir”. (“Muminun” 20).

Sarımsaq. Bəni-İsrayilin macərasında adı çəkilmişdir. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın»”. (“Bəqərə” 61).

Tuba. Tubanın mənası – ən yaxşı və ən pak deməkdir. Quran buyurur ki, behişt əhli ondan bəhrələnirlər. “Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır”. (“Rəd” 29).

Mərci. Bəni-İsrayilin macərasında adı çəkilmişdir. (“Bəqərə” 61).

Balqabaq. Həzrət Yunusun (ə) balığın qarnından nicat tapdığı zaman bu bitkinin adı çəkilmişdir. O, balığın qarnından çıxan zaman bu bitki başının üstündə yetişir və böyüyür, ona kölgə salır. “Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik”. (“Saffat” 146).

Banan. Quran buyurur ki, behişt əhli bu meyvədən faydalanırlar.
Amma Qurani-Kərimdə bu gözəl bitkilərdən əlavə, Zəqqum ağacının da adı çəkilmişdir.

Zəqqum. Cəhənnəm ağacının adıdır ki, Quranda üç dəfə adı çəkilmişdir. Meyvələri şeytanın başına bənzəyir. O, günahkarların yeməyidir və bu bitki cəhənnəmin dərinliklərində bitər.

“Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?! Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik. O, elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar). Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir). Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar”. (“Saffat” 62-66).

Allah Təala bizləri Zəqqum ağacından uzaq etsin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930