HİCAB xoşbəxtlik gətirər
Mьəllif: admin1
Tarix: 1-02-2025, 11:19
HİCAB xoşbəxtlik gətirər
Hicab - Allahın əmridir. Hicab hər bir müsəlman xanıma vacibdir. Bəzi valideynlər qızlarının hicaba keçməsinə icazə vermirlər.

Amma onlar bilmirlər ki, bu, onların övladlarının həyatını çətinləşdirir. Çünki, hicab xanımın həya və iffətini qoruyandır. Bəzi valideyinlər fikirləşir ki, qızım hicaba keçsə, onun azadlığı əlindən alınacaq.

Hicab qadının azadlıq hüququnu əlindən almır və fəaliyyətinə məhdudiyyət qoymur. İslam dini qədər heç bir təlim qadına dəyər, əhəmiyyət və hüquq azadlığı verməmişdir.

Qadınlar zərif və incə məxluq olduqlarından və incidilməyə daha tez məruz qaldıqlarından Allah Təala onun ləyaqətini məhz hicabla qorunmasını layiq bilib və bu hökmü vermişdir.

Hicablı qadın qədər heç bir qadın həqiqi azadlıq nemətindən faydalana bilməyib və bilməyəcəkdir.

Hicab qadının xoşbəxtliyini, ailənin namusunu və cəmiyyətin paklığını təmin etməklə yanaşı, Allah Təalanın qərar verdiyi, Qurani-Kərimində qeyd etdiyi, Peyğəmbər (s) və Əhli-beytin (ə) təkid etdiyi dini əmr və şəri hökmdür.[/right]


[right]Tünzalə Cəbrayılova
HaqqYolu
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930