Lənət etmək bəyənilmir. Amma bəzi insanlar istisnadır
Mьəllif: admin1
Tarix: 24-02-2022, 10:51
Lənət etmək bəyənilmir. Amma bəzi insanlar istisnadır
Lənət və nifrin bəyənilən əməllərdən deyildir. Lakin Quran bəzi hallarda özü bəzi insanları lənətləyir.

1. Kafir olub, küfr halında ölənlər. “Doğrudan da kafir olub, küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).

2. Müşrikləri. “Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!”. (“Fəth” 6).

3. Mürtədləri. “İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər). Allah zalım dəstəni hidayət etməz. Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır”. (“Ali-imran” 86-87).

4. Münafiqləri. “Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (“Tövbə” 68).

5. Zalımları. “Allahın lənəti olsun zalımlara!”. (“Hud” 18).

6. Yer üzündə fəsad edənləri. “Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır”. (“Rəd” 25).

7. Şeytanı. «Və şübhəsiz, (İlahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır)». (“Hicr” 35).

8. Allaha və Peyğəmbərə (s) əziyyət verənləri. “Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır”. (“Əhzab” 57).

9. Yalançıları. “Beləliklə, Allahın lənətini yalançılara yağdıraq”. (“Ali-İmran” 61).

10. Pak qadınlara böhtan atanları. “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”. (“Nur” 23).

11. Qatilləri. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömin insanı bilərəkdən qətl edər, yeri cəhənnəmdir. Orada əbədi qalar və Allah ona qəzəblənər. Onu lənətləyər”.

12. Allahın kitabını dəyişdirmək istəyənləri. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, mən yeddi nəfəri lənətləyirəm ki, Allah və hər bir peyğəmbər onları lənətləmişdir. Onlardan biri də Allah kitabına bir şey əlavə etmək istəyənlərdir”.

13. İlahi qəza və qədəri inkar edənləri. Həzrət Peyğəmbər (s) buyurur: “İlahi qədəri inkar edənlər”. (Yeddi nəfərdən biri).

14. Peyğəmbər (s) sünnətinə müxalif olanları. Peyğəmbər (s) buyurur: “Mənim sünnətimlə müxalif edənlər”. (Yeddi nəfərdən biri).

15. Haramı halal edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, nəslimdən Allah Təala onu haram etmişdir, o, halal edər”. (Yeddi nəfərdən biri). (Yəni, Əhli-beytimə (ə) əziyyət verməyi Allah haram etdiyi halda, bu zülmü halal bilərlər).

16. Allahın halalını haram edənlər. “O kəs ki, Allahın halal buyurduğunu haram edər”. (Yeddi nəfərdən biri).

17. Zalım hakimi. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, zorla hakim olar və Allahın zəlil etdiyini əziz edər və Allahın əziz etdiyini zəlil edər”. (Yeddi nəfərdən biri).

18. Beytul-malı tarac edənləri. (Yeddi nəfərdən biridir).


/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930