Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə
Mьəllif: admin1
Tarix: 25-07-2020, 22:24
Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə

Məsumlar (ə) bizə həmişə həyatda düz yolu nişan verən örnək və nümunə olmuşdular. Bizə günahlarımızın bağışlanması üçün göstərdikləri 19 yola nəzər salaq.

1. Düzgün əqidə.

Həzrət Peyğəmbər (s) buyurur: "And olsun o Allaha ki, məni müjdə verən və qorxudan kimi məbus etmişdir! Allah, tək Allaha inananı cəhənnəmdə əbədi saxlamaz, bəlkə onlar şəfaətə nail olarlar”.

2. İstiğfar.

Həzrət Peyğəmbər (s) buyurur: "Tövbəkar - Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günah işlətməmişdir”.

3. Zikr.

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir insan yoxdur ki, (Allahı yada salar) onlara Allah tərəfindən nida çatmasın: "Qalxın! Allah sizin pis əməllərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahınızdan keçdi””.

4. Gecə namazı.

Əli ibni İbrahimin təfsirində belə bir hədis vardır ki, gecə namazı gün ərzində düçar olduğun günahlarını aradan aparar.

5. Öz nəfsini tənbeh etmək.

İmam Rza (ə) buyurur: "Bəni-İsrayildən bir nəfər 40 il Allaha ibadət edir. Ancaq ibadətləri qəbul olmur. O, öz nəfsinə xitab edib deyir: "Bu sənsən ki, mənim əməllərimin qəbul olmamasına səbəb olmusan”. Allah tərəfindən ona xitab olur ki, bu məzəmmət sənin 40 illik ibadətindən daha yaxşıdır”.

6. Salavat.

İmam Rza (ə) buyurur: "O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, çoxlu salavat və Peyğəmbərə (s) və Ali-Peyğəmbərə salam göndərsin. Çünki bu əməl günahlarını məhv edər”.

7. Ali-Muhəmmədlə (s) dostluq.

Həzrət Peyğəmbər (s) buyurur: "Biz Əhli-beytin (ə) məhəbbəti günahları gizlədər və həsənatı iki bərabər edər”.

8. Yaxşı əməllər.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman nalayiq əməl etdin, yaxşı əməl etməyə çalış! Çünki yaxşı əməl günahı məhv edər”.

9. Səcdə etmək və məscidə getmək.

İmam Sadiq (ə) buyurur: "Bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: Ya Rəsullah! Günahlarımın sayı-hesabı yoxdur. Ancaq yaxşı əməlim azdır. Həzrət buyurur: Çoxlu səcdə yerinə yetir, çünki səcdə günahları uzaqlaşdırar. Necə ki, külək ağacın yarpaqlarını tökər.”

10. Dəstəmazlı olmaq.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, lazım olmayan zaman dəstəmazını təzələyər, Allah bədəninin istiğfarını qəbul edər”.

11. İlahi xof.

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir mömin insan yoxdur ki, Allahın qorxusundan ağlasın və Allah da günahlarını bağışlamasın. Baxmayaraq ki, günahları ulduzların sayı qədər, dənizin damcıları qədər olsa belə”.

12. İlahi həddi aşmamaq.

Hədislərin birində deyilir: "İlahi həddi qorumaq - günahların məhv olmasına səbəb olar”.

13. Gözəl əxlaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Gözəl əxlaq günahların məhv olmasının mənbəyidir. Necə ki, Günəş qarın məhv olması mənbəyidir. Əlbəttə, pis əxlaq insanın yaxşı əməlinin məhv olmasına səbəb olar. Necə ki, sirkə balı xarab edər”.

14. Oruc tutmaq.

İmam Sadiq (ə) buyurur: "Allah Təala Ramazan ayının hər gecəsi günahkarlara cəhənnəmdən nicat verər. Ancaq o kəsdən savayı ki, orucunu məstedicilərlə açar və ya qəlbində möminin kinini saxlayar”.

15. Cihad və şəhadət.

Həzrət Peyğəmbər (s) buyurur: "Şəhadət hər cür günahın aradan getməsinə səbəb olar, haqqun-nasdan başqa”.

16. Sədəqə vermək.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbazər! Sədəqə günahları məhv edər”.

17. Xəstənin ziyarəti.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, xəstəni ziyarət və yanında əyləşər, Allah günah etmədiyi min ilin savabını əməl dəftərinə qeyd edər”.

18. Müsibətlərə dözmək.

İmam Rza (ə) buyurur: "Mömin insanın xəstəliyi günahdan paklanma mənbəyidir. Əlbəttə, xəstəlik möminin sorağına gələr ki, əməl dəftərində günah qalmasın.

19. Düşünmək.

İmam Sadiq (ə) buyurur: "Təfəkkür və düşünmək pis işlərin kəffarəsidir”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930