Hədəf və arzulara çatmaq üçün 3 lazımlı amil
Mьəllif: admin1
Tarix: 14-06-2017, 09:32
Hədəf və arzulara çatmaq üçün 3 lazımlı amil

İnsan, kamal axtarışında olan varlıqdır. Onun kamala çatması üçün bütün imkanlar ixtiyarına qoyulmuşdur. İnsanın öz hədəf və arzularına çatması üçün lazımlı şəraitlər olmalıdır. İmam Əli (ə) bizlərə bu şərait və amilləri tanıdır.
1. İlahi tofiq.
Hər bir insan bir iş görən zaman Allah tərəfindən olan tofiqə - yolun asanlaşdırılmasına ehtiyac duyar. Əgər İlahi tofiq ona şamil olmazsa, heç bir işi görməyə müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: "O səy ki, tofiqlə bir yerdə olmaz, fayda etməz”.
Bununla yanaşı, hər bir insanın hədəfinə çatması üçün ona bir yol göstərən olmalıdır. İlahi tofiq – insan üçün ən yaxşı yol göstərəndir. İnsanı daima Allah bəyənən işlərə tərəf hidayət edər. İmam Əli (ə) buyurur: "Tofiqdən gözəl yol göstərən yoxdur”.
İlahi peyğəmbərlər (ə) də özlərini İlahi tofiqə möhtac hiss edərdilər. İmam Əli (ə) Müaviyənin (lən) məktubuna cavab yazan zaman buyurur: "Mənim tofiqim Allahdan başqasına deyildir”.
Əlbəttə İlahi tofiq üçün səy və zəhmət lazımdır. İmam Rza (ə) buyurur: "Hər kim Allahdan tofiq istəyər, ancaq çalışmaz, özünü məsxərə etmiş olar”.

2. Dindarlıq və təqva.
Allaha itaət etmək və dindarlıq - müvəffəq olmağın ilk pilləsidir. Həzrət Peyğəmbər (s) ilk dəfə İslam dinini elan edən zaman buyurmuşdu: "Ey insanlar! "Lə iləhə illəllah” deyin ki, xilas olasınız”.
Dindarlıq və təqva insana dünya və axirət səadətinə çatmaq yolunda yardım edər. İmam Əli (ə) buyurur: "Allahdan qorxmaq hər bir bağlı qapının açarı, Qiyamət azuqəsi, hər bir qul olmaqdan azadlıq amili və hər cür həlakətdən nicatdır”.
İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim təqvanı seçər, çətinliklər yaxınlaşdıqdan sonra ondan uzaqlaşar. İşlər acı olduqdan sonra onun üçün şirin və çətinliklər dalğası sıxlaşdıqdan sonra aradan qalxar. İlahi nemətlər yerə yatandan sonra onun üçün cuşa gələr. Azalan bərəkətlər onun üçün artar”.

3. Səy və çalışma.
Çətinliklərlə mübarizə aparmaq və onlara qalib gəlmək üçün dəmir iradə lazımdır. Əlləri bir-birinin üstünə qoymaq - hünər deyildir. Böyük insanlar ancaq səy və çalışma sayəsində qələbə qalasını fəth ediblər. Səy və zəhmət insana hədəfinə çatmaqda yardım edər. İmam Əli (ə) buyurur: "Haqq - səy və çalışma ilə əldə olunar”.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: "Allah yolunda bacardığın qədər səy göstər”.
Hər kim özünü İmam Əli (ə) davamçısı adlandırırsa, gərək bu üç amildən bəhrələnsin və bu yolda bacardığı səyləri göstərsin.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930