Həzrət Əlini (ə) Allah-taala “Əmirəl-möminin (ə)” adlandırmışdır
Mьəllif: admin1
Tarix: 4-02-2023, 13:40
Həzrət Əlini (ə) Allah-taala “Əmirəl-möminin (ə)” adlandırmışdır

İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) buyurub:

“Merac gecəsində ki, məni səmaya apardılar, Allah mənə vəhy edib, buyurdu: “Ey Muhəmməd! Əli ibni Əbi Talibi (ə) Əmirəl-möminin (ə) çağır, Mən ondan əvvəl heç kimi bu adla adlandırmamışam. Ondan sonra da heç kim bu adla adlandırılmayacaqdır”.

Həzrət Peyğəmbər (s) minbər başında insanlara buyurur: “Ey insanlar! Allah məni Rəsulu kimi sizə göndərmişdir. Mənə əmr etmişdir ki, Əlini (ə) sizə əmir qoyam. Ona görə də mən hər kimin ki, peyğəmbəriyəm, Əli (ə) onun əmiridir. Əlinin (ə) əmir olması Allah tərəfindəndir.

Allah mənə əmr etmişdir ki, bu xəbəri sizə elan edəm ki, ona itaət edəsiniz. Nə zaman sizə əmr etsə, qulaq asasınız. Agah olun ki, sizlərdən heç kəs Əliyə (ə) əmir deyildir.

Nə mənim həyatda olduğum zaman və nə də ölümümdən sonra. Allah Əlini (ə) sizin əmiriniz qərar vermişdir. Ondan qabaq və ondan sonra heç kəsi Əmirəl-möminin adlandırmamışdır və adlandırmayacaqdır da”.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930