Həlak olan iki dəstəyə aid olmayaq
Mьəllif: admin1
Tarix: 28-05-2020, 09:59
Həlak olan iki dəstəyə aid olmayaq

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim üçün iki dəstə həlak olmuşdur:

1. İfratçı davamçılar ki, məni bəşər həddindən yuxarı qaldırıblar.

2. İnsafsız düşmənlər ki, mənim peyğəmbərliyimi qəbul etmirlər. Mən hər iki dəstədən bezaram”.

“Heç bir bəşərə yaraşmaz və mümkün deyil ki, Allah ona (səmavi) kitab və hikmət, yaxud mütləq hökm etmək səlahiyyəti və peyğəmbərlik versin, sonra o, insanlara «Allahın yerinə mənim qullarım olun!» desin.

Və lakin (ona belə demək yaraşar ki): «kitabın müəllimləri olduğunuz və onu yaxşıca öyrənərək oxuduğunuz üçün Allahpərəst, dinin tərbiyə etdiyi və din alimləri olun»”. (“Ali-İmran” 79).

Həzrət Peyğəmbərin (s) başqalarından üstün olmaq imtiyazı budur ki, hər nə qədər davamçıları çox olar, insanları daha çox Allah bəndəsi olmağa dəvət edərlər.

Heç bir zaman tövhid yolunu dəyişməzlər. Lakin mənfəət ardınca olanlar, əvvəl insanların hisslərindən istifadə edir və sonra qüdrətə çatan zaman onları tanımır.

Həzrət İsa (ə) buyurur: “Məni olduğumdan yuxarı qaldırmayın. Həqiqətən Allah məni peyğəmbər qərar verməmişdən əvvəl, bəndə kimi xəlq edib”.

Allah Təala Özündən başqasına pərəstiş edilməsini qadağan etmişdir. Tarixdə çox sayda insana rast gəlirik ki, qüdrətə çatmazdan əvvəl məsum simaya malik olublar.

İnsanları haqqa, ədalətə və azadlığa dəvət ediblər. Lakin öz qüdrətlərini möhkəmləndirdikdən sonra yavaş-yavaş yollarını dəyişirlər. Özlərinə pərəstiş etməyə başlamışlar.

İmam Əlidən (ə) maraqlı bir hədis nəql edilir. Həzrət (ə), Ənbar adlı yerə çatan zaman kənd camaatı Həzrət (ə) atdan düşən kimi qarşısında əyilib (səcdəyə) getdilər.

Həzrət (ə) nəinki bu işə razılıq vermədi, əksinə, çox təəccübləndi. Onlara fəryad çəkib buyurdu: “Bu nə iş idi ki, siz etdiniz?!”.

Onlar dedilər: “Bu, o adətdir ki, biz öz əmirlərimizi onunla böyük tuturuq”.

İmam (ə) buyurdu: “Allaha and olsun! Rəhbərləriniz bu işdən bəhrə aparmazlar və siz özünüzü dünyada əziyyətə və axirətdə giriftarlığa salarsınız. Necə də ziyanlı əziyyətdir ki, ardınca Allahın cəzası olsun. Necə də faydalıdır azadlıq ki, ardınca cəhənnəm atəşindən aman olsun”.

Ayədən çıxartdığımız nəticələr:

- Vəzifədən sui-istifadə etmək qadağandır.

- Kitab, hikmət, nübuvvət insanı bəşər olmaqdan xaric etməz.

- Peyğəmbərlərin (ə) hədəfi ancaq şirkdən nicat tapmaq deyildir, bəlkə rəbbani dərəcəsinə qədər inkişaf etməsidir.

- Rəbbani olmağın yolu isə din elmidir.

- Əgər təlim və tərbiyə insanı rəbbani etməzsə, deməli o elm, elm olmamışdır.

- Rəbbani alimlər Quranın həqiqi təfsirçiləridirlər.

- Səma kitabının tədris və təlimi gərək həmişəlik olsun.

- Müəllimlik peyğəmbərlərin sənətidir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930