Bütün zamanların halı, dünyanın müxtəlif vəziyyətləri, Qiyamət gününə qədər baş verəcək hadisələr bir dərinin üzərində
Mərhum Şeyx Tusi İmam Kazımdan (ə) nəql edir ki, buyurub: “Peyğəmbərin (s) bərəkətli həyatının sonunda Allah Təala ona vəhy göndərdi: “Ömrünün və həyatının müddəti bitməkdədir. Ona görə də Allahın görüşünə hazır ol”. Peyğəmbər (s) əllərini göyə qaldırdı və buyurdu: “Allahım! Verdiyin vədə yerinə yetmədi. Halbuki, indiyə qədər heç bir vədənin əksi olmamışdır”. Allah vəhy edir: “Ey Muhəmməd! İnandığın və etimad etdiyin insanla Ühüd dağına tərəf get”. Həzrət (s) isə əllərini iki dəfə səmaya doğru qaldırdı və həmin sözləri təkrar etdi. Bu zaman vəhy gəldi: “Əmin oğlu Əli ibni Əbu Taliblə (ə) bir yerdə Ühüd dağına tərəf gəlin. Ondan yuxarı çıxın. Qiblənin əksinə dayanıb, vəhşi heyvanı səslə ki, sənə cavab versin. Sonra onlardan birini tut və onu əmin oğluna təhvil ver ki, başını kəssin. Dərisini soysun və onu tərs çevirsin. Ondan sonra ruh mələyi və Cəbrayil (ə) qələm və təbaşirlə gələcəklər. Bütün hadisələri sənə xəbər verəcəklər. Onları əmin oğlu üçün danış ki, yazsın. Bu dəri, qələm və təbaşir heç bir zaman xarab və məhv olmayacaqdır. Həmişə təzə və istifadə olunan olacaqdır”. Bu vəhydən sonra Həzrət (s), Əmirəl-mömininlə (ə) bir yerdə hərəkət etdi və Ühüd dağının başına qalxdı. Heyvanın dərisini soymaq istəyən zaman Cəbrayil (ə) ruh mələyi ilə bir yerdə və bir neçə mələklə gəldi. Heyvanin dərisi soyulandan sonra İmam (ə) onu qarşısına qoydu. Bu zaman Həzrətin (s) yanında qələm və içində yaşıl rəngdə təbaşir hazır oldu. Xəbərlər vəhy şəklində nazil olurdu. Peyğəmbər (s) də onları əmisi oğluna imla edirdi. O, da yazırdı. Bütün zamanların halı, dünyanın müxtəlif vəziyyətləri, Qiyamət gününə qədər baş verəcək hadisələr, varlıq aləminin məxluqlarının xeyir və şər baxımından şərhi və təfsiri həmin xəbərdə verilirdi. İlahi övliyalardan və yaxın insanlardan başqa heç kəs ondan agah deyildir. Bu xəbərdə saleh bəndələrin halı, hər bir zaman və məkanda Peyğəmbər (s) düşmənləri və müxaliflərinin halı ətraflı şəkildə bəyan olunmuşdu. Ondan sonra Peyğəmbərdən (s) sonra olan fitnələr və müsibətlərdən söz açıldı və Həzrət öz vəzifəsini müəyyən etmək istədi və cavabında deyildi: “Gərək səbirli və təmkinli olasınız”. Həmçinin bütün vəsilər, övliyalar, Əhli-beyt (ə) davamçılarının səbir etməyi tövsiyə olundu. O zamana qədər ki, İmam Zamanın (ə.f) fərəci gəlib çatsın və zühur etsin. Bu xəbərin sonunda Həzrət Məhdinin (ə.f) zühurunun əlamətləri və Bəni-Haşimin necə hökumət edəcəyi kamil şəkildə bəyan olunmuşdu”. (Tebyan) /Deyerler.org/ Oxşar xəbərlər
|