Allah Təalanın Həzrət Zəhraya (s.ə) verdiyi sənəd
Mьəllif: admin1
Tarix: 4-01-2018, 14:52
Allah Təalanın Həzrət Zəhraya (s.ə) verdiyi sənəd

Səbt ibni Cuzi əhli-təsənün alimlərindəndir və o, yazır:

“Həzrət Fatimə (s.ə) dünyasını dəyişən məqamda İmam Əli (ə) onun yanında bağlama görür. Soruşur ki, bu nədir? Xanım buyurur ki, orada yaşıl ipək parça var ki, içində ağ səhifə vardır. Bu səhifədə bir neçə sətir yazılmışdır.

Soruşdu: “Orada yazılan nədir?” Peyğəmbərin (s) qızı cavab verir: “Toy gecəsi ibadət yerimdə əyləşmişdim ki, bir yoxsul gəldi və məndən köhnə paltarımı istədi. Mənim iki paltarım vardı, biri təzə və o birisi də köhnə. Təzə paltarımı ona verdim və köhnəsini əynimə geyindim.

Səhərisi atam məni görməyə gələndə buyurdu: “Niyə təzə paltarını geyinməmisən?” Dedim ki, məgər siz buyurmamısınız ki, insane hər nə qədər sədəqə versə, onun üçün qalıcıdır. Mən də təzə paltarımı o yoxsula sədəqə verdim”.

Buyurdu: “Əgər təzəsini geyinsəydin və köhnəsini versəydin, ərin üçün yaxşı olardı və o yoxsulun da paltarı olardı”. Atama dedim ki, “Mən bu işi sizdən öyrənmişəm. Belə ki, anam Xədicə (s.ə) xidmətinizə gəlmək şərəfi duyduğu zaman bütün malını sizin ixtiyarınıza verir. Siz də onun hamısını Allah yolunda xərclədiniz.

O yerə qədər ki, bir yoxsul sizdən köynəyinizi istədi və siz də öz paltarınızı ona verib, bir həsirə bürünüb evə gəldiniz. Bu məsələdə heç kim sizin kimi deyildir”. Atam ağladı və məni sinəsinə sıxdı. Bu zaman buyurdu: “Vəhy mələyi Cəbrayil (ə) nazil oldu və Allah tərəfindən sənə salam göndərdi.

Buyurdu ki, Fatimə (s.ə) hər nə istəyirsə istəsin və Mən onu çox istəyirəm”. Dedim: “Ey ata! Hüzurunun feyzinin şirinliyi məni o qədər məşğul etdi ki, Darul-səlamda Kərim Allahla görüşdən başqasını istəmirəm”.

Atam əllərini Haqqa tərəf açdı və mənə də bunu əmr etdi. Özünəməxsus halla Allah Təalaya buyurdu: “Pərvərdigara! Ümmətimi bağışla!” Cəbrayil (ə) nazil oldu və ərz etdi ki, Allah buyurur ki, ümmətindən Fatiməni (s.ə), Əlini (ə) və onun övladlarını sevənləri bağlışladım.

Mən buna görə sənəd yazmışam ki, Cəbrayil (ə) onu ipəkdə gətirib. Orada yazılıb: “Sizin Pərvərdigarınız mehr və rəhməti Özünə vacib etmişdir. Cəbrayil (ə) və Mikayil (ə) ona şahidlik ediblər”.

Atam buyurdu: “Onu hifz et və ölən zaman vəsiyyət et ki, səninlə bir yerdə qəbrə qoysunlar”. İstəyirəm ki, Qiyamət günü atəş şöləvər olan zaman onu atama verəm və o Həzrət (s) də Allahın verdiyi vədləri istəsin”.

Onu qeyd etmək lazımdır ki, burada Peyğəmbərin (s) ümməti dedikdə vacibatları yerinə yetirən və haramlardan çəkinən müsəlmanlar nəzərdə tutulur. Bu insanların tövhidə, məada, imamətə imanları vardır və Qiyamət gününün olacağını bilirlər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930