ÇOX YEMƏK İNSANIN VÜCUDUNU XARAB EDƏR
Mьəllif: admin1
Tarix: 1-07-2020, 10:19
ÇOX YEMƏK İNSANIN VÜCUDUNU XARAB EDƏR
Əmirəl-Möminin (ə) buyurur: “Çox yemək və çox yatmaq insan vücudunu xarab edər və onlar zərər və ziyanı insan tərəfə çəkərlər”.

O Həzrət yenə buyurur: “Çox yeyənin sağlamlığı az olar, xərci çox olar və taqəti olmaz”.

Yenə o Həzrət buyurur: “Çox yeməyin iştahası və meyli qeyri-təbiidir, bu cür iştaha eyibdir və xəstəliyin bir növüdür”.

Altıncı İmam (ə) buyurur: “İnsan qəlbinə çox yeməkdən çox ziyan vuran bir şey yoxdur, çox yemək iki şeyə səbəb olar: daşürəkliyə və şəhvət həyəcanına”.

Allah Təala Bəni-İsrailə buyurur: “Çox yemək yeməyin, həqiqətən o kəs ki, çox yemək yeyər - çox yatan olar və o kəs ki, çox yatan olar - namazını azaldar, o kəs ki, namazını azaldar - qafil hesab olunar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Çox yemək yeməkdən çəkinin, həqiqətən bədəni çürüdər, xəstəliyə səbəb olar və ibadətdə tənbəlliyə gətirib çıxarar”.

Həmçinin buyurur: “Allah yanında tox qarından nifrətlisi yoxdur”.

Musa ibni Cəfər (ə) buyurur: “Əgər bütün insanlar yemək zamanı orta həddə riayət etsələr, onların bədənləri mötədil həddə olar”.

Həzrət Peyğəmbər (s) qida məsələlərinə aid maraqlı göstərişlər vermişdir ki, bu göstərişin heyrətamizliyi onun tibb elminin kökü olmasındadır: “O zaman ki, yeməyə meylin var - yemək ye, o halda ki, hələ də meylin və iştahan var - yeməkdən əl çək”.

Yemək üstündən yemək həzm prosesi üçün ziyanlıdır və bədən üçün ciddi təhlükədir, tam acan zaman yemək yemək və tam doymamış yeməkdən əl çəkmək - bədənin sağlamlığının və əhval-ruhiyyəsinin hifz edilməsinin və ömrün uzadılmasının ən ali amilidir.

(Ustad Hüseyn Ənsarianın nəzərlərinə əsasən)



“Dəyərlər”
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930