Bütün varlıq aləmi Ona təslimdir. Bəs biz niyə olmayaq?
Mьəllif: admin1
Tarix: 2-10-2019, 10:35
Bütün varlıq aləmi Ona təslimdir. Bəs biz niyə olmayaq?
Din və İlahi hidayət yolu həmişə bəşərlə bir yerdə olmuşdur. Peyğəmbərlər (ə) bəşərin müəllimləri kimi biri o birisinin ardınca gəlmiş və insanları hidayət etmişdilər.

"Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır). Hamı Ona tərəf qaytarılacaqdır”. ("Ali-İmran” 83).

Yerin və göyün varlıqları hamısı Allaha təslimdir. Hətta əgər adi zamanda bu sirri gizlətsələr də, çarəsiz qalanda istər-istəməz Ona ürək bağlayırlar.

Möminlər meyl və rəğbətlə Ona təslim olublar. Hər bir kəs təhlükə və ya ölüm hiss edən zaman Ona təslim olar. Aləmin bütün zərrələri - kiçik atomdan tutmuş böyük kainatlara qədər hamısı həmin qanuna tabedir ki, Allah onlar üçün təyin etmişdir.

İmam Sadiq (ə) yuxarıdakı ayə haqqında buyurur: "O zaman ki, Qaim (ə.f) qiyam edəcək, bütün diyarlar لا إله الا الله و محمد رسول الله» ("Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah”) deyəcəklər”.

Bu ayədən çıxardığımız nəticələr:

- Allahdan qeyrisinin yolunu seçmək varlıq aləminin hərəkəti ilə uyğun gəlmir.
- Dinin həqiqəti – təslim olmaqdır.
- İnsan daima yolun axtarışındadır və bu meyl onun fitrətində qoyulmuşdur.
- Əgər varlıq aləmi ona təslimdirsə, bəs biz niyə olmayaq?
- Səmada şüurlu varlıqlar vardır.
- Əgər bizim işimizin sonu Odursa, niyə əvvəldən Ona üz çevirmirik?

"De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik»”. ("Ali-İmran” 84).

İslam dini gəldi və bütün əvvəlki dinləri nəsx etdi. Belə bir məktəbi tərk etmək insanı ziyana salar. Axirət həqiqi ziyanların cilvələndiyi yerdir. İslam dinini seçmək insanın uzaqgörənliyinin nişanəsidir.

83-cü ayədə oxuyuruq ki, İslam dini geniş bir dindir. Yerdə və göydə olan hər kəs müsəlmandır. Yəni, Allahın əmri qarşısında təslimdir. İslam dininin ruhu da – haqq qarşısında təslim olmaqdır.

84-cü ayədə isə Allah Peyğəmbərə (s) əmr edir ki, bütün keçmiş peyğəmbərlərin (ə) təlimlərinə iman gətirsin. 85-ci ayə isə bizi bir nəticəyə gətirib çıxardır və buyurur: "Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Qiyamət günü əməlləri bir-bir (İlahi məhkəməyə) gətirərlər. Hər biri özünü tanıdar. Bizi deyər mən namazam, biri deyər mən orucam...

Sonra İslamı gətirərlər və deyər: "Pərvərdigara! Sən Salamsan və mən İslam”. Allah buyurar: "Bu gün (sənə müxalifliyə) görə cəza verirəm, sənə mükafat verirəm””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031