Hicab - İlahi vacibatdır
İslam dini sonuncu bir din kimi insanları həmişə haqqa tərəf hidayət etmişdir.
Biz müsəlmanlara doğru yolu göstərmiş və haram və halalı tanıtmışdır. İlahi vacibatlara əmr etmiş və günahdan çəkindirmişdir. Bu İlahi vacibatlardan biri də qadınların hicabıdır. Hicab qadının nəinki örtüyü, həm də iffətidir. Məsumlar (ə) hicaba riayət etməyi həmişə tövsiyə etmiş və hicabsızlığı məzəmmət etmişdilər. Nəql edilir: “Bir gün Peyğəmbərin (s) həyat yoldaşının bacısı Əsma nazik bir paltarla Həzrət Peyğəmbərin (s) evinə gəlir. Həzrət (s) onu görən zaman üzünü çevirir və buyurur: “Ey Əsma! Qadın həddi-büluğa çatan zaman üz və əlindən başqa əndamı görünməməlidir””. Həzrət (s) başqa yerdə buyurur: “Əgər qadın ərindən başqası üçün bəzənərsə, lazımdır ki, Allah onu atəşlə yandırsın”. Həzrət (s) başqa yerdə buyurur: “Allah o kişiləri ki, özlərini qadına və o qadınları ki, özlərini kişilərə bənzədir, nifrin etmişdir”. İmam Baqir (ə) buyurur: “Bir qadının özünü kişiyə bənzətməsi caiz deyildir. Çünki Peyğəmbər (s) o kişiləri ki, özlərini qadına və o qadınları ki, özlərini kişilərə bənzədirlər, nifrin etmişdir”. Həzrət Peyğəmbər (s) qadınların hicabı ilə bağlı kişilərə belə tövsiyə verir: “İnsanların qadınlarına qarşı iffətli olun ki, sizin qadınlarınız da iffətli qalsın”. İşarə edildiyi kimi, hicab - İslam dininin zərurətlərindəndir. Bütün İslami firqələr onu vacib bilir. Hicab vacib bir əməl olduğu üçün, hər kim onu inkar edərsə, günah işlədər. Bu İlahi vacibat nəinki İslam dinində, həm də yəhudi və xristian dinində də mövcuddur. Bu da hicabın hələ qədimdən əhəmiyyətli bir mövzu olduğuna dəlalət edir. Hicab cəmiyyətin sağlam qalması deməkdir. Hicab cavanların iffətli və sağlam ruhiyyəli olması deməkdir. Hicab o deməkdir ki, mən müsəlmanam və naməhrəmlə işim olmaz və naməhrəmin də mənimlə işi olmasın. Bu İlahi vacibata daha çox diqqət edək və onu Həzrət Zəhranın (s.ə) yadigarı kimi qoruyub saxlayaq. /Deyerler.org/ Oxşar xəbərlər
|