İmam Həsən Əsgəri (ə) kor uşağın gözünə nuru necə qaytardı
Mьəllif: admin1
Tarix: 15-10-2021, 10:14
İmam Həsən Əsgəri (ə) kor uşağın gözünə nuru necə qaytardı
Atası İmam Hadi (ə), anası olan mübarək xanımın adı isə ya Hədisdir, ya da Susən. Həzrətin (ə) ən məşhur ləqəbləri Zəki, Nəqidir. Künyəsi isə Əbu Muhəmmədir. İmamın (ə) Əsgəri adlandırılmasının səbəbi budur ki, onu hərbi hissədə nəzarətdə saxlayırdılar.

Cəfər ibni Şərif nəql edir: “Həccə getməyi qərara almışdım və Samirrada İmam Həsənin (ə) ziyarətinə getdim. Yanımda ona çatdıracaq şeylər var idi ki, insanlar mənə vermişdilər.

Həzrətdən (ə) soruşmaq istədim ki, bu şeyləri kimə tapşırım. Lakin mən danışmazdan əvvəl Həzrət (ə) buyurdu: “Xadimimə ver”. Verdim və bayıra çıxdım.

Həzrətə (ə) dedim: “Cərcanın Əhli-beyt (ə) davamçıları sizə salam göndərir”. İmam (ə) buyurdu: “Məgər həcc mərasimindən sonra Cərcana qayıtmayacaqsan?”.

Dedim: “Bəli, qayıdacağam”. “170 gün sonra Rəbiüs-sani ayının 3-də cümə günü Cərcana gedəcəksən.

Həmin gün insanlara elan et ki, mən həmin günün sonunda ora gələcəyəm. Allah Təala səni və o şey ki, səninlədir, salamatla əhlinə və övladına çatdıracaqdır.

Oğlunun oğlu doğulacaqdır. Adını Sələt qoy ki, Allah onu tezliklə kamala çatdıracaqdır. O, bizim övliyalardan olacaqdır”.

Cəfər deyir: “İmamın (ə) yanından çıxdım və həccə getdim. Həzrətin (ə) buyurduğu gündə salamatla Cərcana daxil oldum. Müsəlmanlar məni təbrik etmək üçün gələndə, onlara dedim: İmam (ə) mənə vədə verib ki, bu günün axırında bura gələcəkdir. Ona görə də hazırlaşın və özünüzü hazır edin”.

Müsəlmanlar zöhr və əsr namazından sonra Cəfərin evinə toplaşdılar. Anidən İmam (ə) buyurduğu saatda içəri girdi. Əhli-beyt (ə) davamçılarına salam verib buyurdu:

“Mən Cəfər ibni Şərifə vədə verişdim ki, bu gün sizin yanınıza gəlim. Zöhr və əsr namazlarını Samirrada qılmışam. Sizin yanınıza gəlmişəm ki, əhdimizi təzələyək. İndi öz hacətlərinizi və məsələlərinizi deyin”.

Nəzr ibni Cabir dedi: “Yəbnə Rəsulallah! Oğlumun hər iki gözü kordur. Dua edin ki, Allah nuru gözünə qaytarsın”. Həzrət (ə) buyurdu: “Onu hazır et”.

Həzrət (ə) mübarək əlini onun gözünə çəkdi və Allahın izni və İmamın (ə) duası ilə gözləri açıldı.

Həmin gün İmam (ə) davamçılarının hacətlərini yerinə yetirdikdən sonra elə həmin gün Samirraya qayıdır. İmamın (ə) kəraməti hamıya aydın olur. İmamın (ə) təyyul-ərz etdiyi hamıya aşkar olur”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930