Quran haqqında olan ümumi məlumatlar
Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz. 1) Sual: Quran neçə surədən ibarətdir? Cavab: Quran 114 surədən təşkil tapmışdır. 2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir? Cavab: Quran 30 cüzdən ibarətdir. 3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır? Cavab: Quran 120 hizbdən ibarətdir. 4) Sual: Quranın neçə ayəsi vardır? Cavab: Quranın 6236 ayəsi vardır. 5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir? Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir. 6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır? Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır. 7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir? Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir. 8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır? Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə) 9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır? Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir. 10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır? Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir. 11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır? Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir. 12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır? Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır. 13) Sual: Quranda olan ən gözəl surə hansıdır? Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir. (36-cı surə). 14) Sual: Quranın ən böyük surəsi hansıdır? Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə). 15) Sual: Quranın ən kiçik surəsi hansıdır? Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə). 16) Sual: Quranda ən böyük ayə hansıdır? Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə). 17) Sual: Quranda ən kiçik ayə hansıdır? Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ “Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə). 18) Sual: Quranda ilk surə hansıdır? Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir. (1-ci surə) 19) Sual: Quranın sonuncu surəsi hansıdır? Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir. (114-ci surə) 20) Sual: Quranda ən böyük kəlmə hansıdır? Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə). 21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır? Cavab: Quranın ortasında yerləşən kəlmə “əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ “vəlyətələttəf” kəlməsidir. (18-ci surə). 22) Sual: Quranda neçə surə “Qul” (yəni:de) kəlməsi ilə başlayır? Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir: 1. “əl-Cinn” surəsi. (72-ci surə) 2. “əl-Kafirun” surəsi (109-cu surə) 3. “əl-İxlas” surəsi (112-ci surə) 4. “əl-Fələq” surəsi (113-ci surə) 5. “ən-Nas” surəsi (114-ci surə) 23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur? Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə). 2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə). 24) Sual: Bütün ayələrində الله “Allah” kəlməsi olan surə hansıdır? Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə) 25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır? Cavab: “əl-Fatihə” surəsi (1-ci surə) 26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır? Cavab: “Yasin” surəsi (36-cı surə) 27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır? Cavab: “ər-Rəhman” surəsi (55-ci surə) 28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir? Cavab: “əl-Fəcr” surəsi (89-cu surə) 29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir? Cavab: “əs-Səff” surəsi. (61-ci surə) 30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir? Cavab: “əl-Әsr” surəsi (103-ci surə) 31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir? Cavab: “ət-Tariq” surəsi, (86-cı surə) 32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir? Cavab: “əl-Fatihə” surəsi (1-ci surə) 33) Sual: On ada məxsus olan surə hansıdır? Cavab: “əl-Fatihə” surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir: 1. Fatihətul-kitab. 2. Ümmül-kitab. 3. Ümmül-Quran. 4. Səbül-məsani. 5. əl-vafiyə. 6. əl-kafiyə. 7. əş-şafiyə. 8. əl-əsas. 9. əs-səlat. 10. əl-həmd. Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur. 34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur? Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur. 35) Sual: Vacib səcdəsi olan surələr hansılardır? Cavab: Vacib səcdəsi olan surələr bunlardır: 1) “əs-Səcdə” (32-ci surə), ayə-15. 2) “Fussilət” (41-ci surə), ayə-37. 3) “ən-Nəcm” (53-ci surə), ayə-62. 4) “əl-Әləq” (96-cı surə),ayə-19. 36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir? Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir. 37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır? Cavab: “əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə). 38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir? Cavab: 1. “əl-Qədr” surəsi (97-ci surə). 2. “əl-Fil” surəsi (105-ci surə). 3. “Әbu Ləhəb” surəsi (111-ci surə). 4. “əl-Fələq” surəsi (113-ci surə). 39) Sual: Qiyamət mənasını verən surələr hansılardır? Cavab: 1. “ər-Rəd” surə (13-cü surə). 2. “əl-Casiyə” surəsi (45-ci surə). 3. “əl-Vaqiə” surəsi (56-cı surə). 4. “əl-Həşr” surəsi (59-cu surə). 5. “ət-Təğabun” surəsi (64-cü surə). 6. “əl-Qiyamə” surəsi (75-ci surə). 7. “ən-Nəbə” surəsi (78-ci surə). 8. “əz-Zəlzələ” surəsi (99-cu surə). 9. “əl-Qariə” surəsi (101-ci surə). 40) Sual: Quranda neçə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır? Cavab: Quranda 114 “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır. 41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır? Cavab: “Tohid” (əl-İxlas) surəsi. (112-ci surə). 42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır? Cavab: “əl-Həcc” surəsi (22-ci surə). 43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir? Cavab: 1) “ət-Təlaq” surəsi (65-ci surə). 2) “ət-Təhrim” surəsi (66-cı surə). 44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır? Cavab: “əl-Cumuə” surəsi (62-ci surə). 45) Sual: Fe hərfi olmayan surə hansıdır? Cavab: “əl-Fatihə” surəsi (1-ci surə). 46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır? Cavab: “Qələm” (Nun) surəsi (68-ci surə). 47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır? Cavab: “ət-Tovbə” surəsi (9-cu surə). 48) Sual: Quranın hansı surəsində iki dəfə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir? Cavab: “ən-Nəml” surəsi (27-ci surə). 49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub? Cavab: “ər-Rəhman” surəsi (55-ci surə). 50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır? Cavab: 1) “ən-Nur” surəsi (24-cü surə). 2) “Fatir” surəsi (35-ci surə). 3) “ər-Rəhman” surəsi (55-ci surə). 4) “əl-Әla” surəsi (87-ci surə). Oxşar xəbərlər
|