İnsan şeytanla (lən) necə yoldaş olur?
Mьəllif: admin1
Tarix: 30-03-2021, 18:40
İnsan şeytanla (lən) necə yoldaş olur?

Əmmarə nəfs - insanın ən təhlükəli düşmənidir. Əgər ona qarşı çıxılmazsa, şübhəsiz ki, bizi cəhənnəm quyusuna salar.

Bu təhlükəli düşmənlə mübarizə aparmaq üçün müxtəlif yollar mövcuddur ki, İmam Əli (ə) onları bizə göstərir.

Nəfslə mübarizə aparmaq çətindir. Bu mübarizə meydanında bədənin bütün üzvləri iştirak edir. İnsanın bütün ömrünə şamil olur.

Hətta ibadət zamanı belə riya tələsinə düşmək mümkündür.

İnsan gərək özünü kifayət qədər tanıyaraq, zərər görə biləcəyi tərəflərini görə bilsin. Onunla mübarizəyə qalxa bilsin.

O kəs ki, özünü tanımaz, haqq yolundan uzaq olar.

Biz o zaman bu mübarizədə qələbəyə ümid bəsləyə bilərik ki, agah şəkildə cihada qalxaq.

İnsan üçün çətin olan - nəfsi üsyandan saxlamaqdır. Çünki nəfs davamlı olaraq boyun qaçırdır və üsyan edir.

Təfəkkür etmək elə bir qüvvədir ki, insanın onun vasitəsilə əmmarə nəfsinə qalib gələr. Əgər ağıl bədəninə və ruhuna rəhbərlik edirsə, o zaman əmmarə nəfsi təslim olar.

Allah Təala insanın batinində ancaq bir ürək qərar vermişdir. Əgər bu ürək şeytanın məkanı olarsa, Allah üçün orada yer qalmaz.

Əksinə, əgər Allahın hərəmi olarsa, şeytan oradan qaçar. İmam Əli (ə) buyurur: “Hər kim ağılını dirildər, şeytanın ölməsinə bais olar, səadət və hidayət qapıları üzünə açılar”.

Təfəkkür etmək insana nəfslə mübarizə etməkdə yardım edər. Nəfsin zəifləməsinə səbəb olar. Təfəkkür etmək bəsirət gətirər. Havayi-nəfslə mübarizədə insana yardım edər.

Günahla mübarizə aparmaq üçün onu tanımaq kifayət deyildir. Günahı tanımaq o zaman dəyərli olar ki, insan nəfsinin günaha tərəf getməsinin qarşısını almaq istəyər.

Bu iş o zaman mümkün olur ki, səbirlə günahın qarşısında dayanmaq istəyəsən. Ürəyin istəkləri ilə vuruşasan, yersiz arzularını inkar edəsən.

Mətanəti öz nicat yolunun miniyi qərar verəsən. Bu mətanət və səbir insanın nəfsdən xilas olmasına səbəb olar.

Əmmarə nəfsin qarşısında dayanmaq çox çətindir. Ona görə də əmmarə nəfslə mübarizə aparmağa böyük cihad deyirlər.

Allah yolunda cihad edən mücahidin əcri günaha qüdrəti olub, nəfsini qoruyan insanın əcrindən daha çox deyildir. Bu cür insan Allaha mələklərdən daha yaxın olar.

Allah Təala buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

“Ey iman gətirənlər, şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir”. (“Nur” 21).

Bu cür böyük cihad və əmmarə nəfslə mübarizə üçün Allahdan yardım istəmək lazımdır. Allah da yardım edəcəyini vəd etmişdir.

İmam Əli (ə) öz vəsiyyətnaməsində İmam Həsənə (ə) buyurur: “Bütün işlərində özünü Allaha tapşır ki, özünü Əmin və Güclü pənahgaha tapşırasan”.

Səbir və Allahdan istəmək İlahi rəhmətin enməsinə səbəb olar.

Şeytan (lən) insan üçün ən pis yoldaşdır. Hər kim onunla yoldaş olar, imanını unudar və şeytanın quluna çevrilər. Şeytan insan üçün günahı gözəl cilvələndirir, sonra da tərifləyərək, insanı büdrədir.

İmam Əli (ə) buyurur: “Allah sizi gizli şəkildə sinələrinizə yol tapan, qulaqlarınıza yavaş pıçıldayan düşməndən çəkindirmişdir. Sizi yolunuzdan azdırar, insanı xahiş etməyə vadar edər.

Günahı və çirkin cinayətləri gözəl cilvələndirər. Böyük günahı yüngül hesab edər və tədricən öz davamçılarını aldadar və səadət qapısını üzlərinə bağlayar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930