Dəfn edilməyən ölünün qəbir sorğusu necə olur?
Mьəllif: admin1
Tarix: 11-04-2020, 21:27
Dəfn edilməyən ölünün qəbir sorğusu necə olur?
Quran ayələri və hədislərə görə hər kəs ilk qəbir gecəsində sorğu-sual olar. Lakin o ölülər ki, müxtəlif səbəblərə görə morqda qalırlar, onlar necə?

Onlar basdırıldıqları gün sual-cavab olunurlar, yoxsa öldükləri ilk gecədə?

Bəs o ölkələrdə ki, ölüləri yandırır və külünü havaya sovururlar, onların sorğu-sual necədir?

Ona görə də gərək baxaq görək, ölünün ilk qəbir gecəsi hansı mənada işlənir?

Fiqh əhkamına görə adətən ölüyə o zaman vəhşət namazı qılınar ki, torpağa basdırılar və dəfn olunar. Ona görə də dəfn olunmadığı gecələr nəzərə alınmır.

O gecə ki, torpağa tapşırılar, o zaman onun üçün vəhşət namazı qılınar. Lakin ölünü yandırmaq müsəlman dinində olmadığı üçün, ona aid hökm yoxdur.

Bəzi fiqh əhkamına görə ölülər üçün edilən hər bir əməl dəfn olunduqdan sonraya aiddir. Lakin həqiqi mənada o zaman ki, insan ölür, bərzəx aləminə daxil olar. Dünyadan getdiyi gün – onun bərzəx aləminə daxil olduğu gündür, istər dəfn olunsun, istərsə də olunmasın.

Keçmişdə insanları öldürmək istəyəndə və ya xaça çəkmək istəyəndə onu dara çəkərdilər və həmin ölü aylarla, bəzən hətta illərlə bu dardan asılmış vəziyyətdə qalardı.

İmamlardan (ə) birindən soruşurlar ki, o kəs ki, dəfn olunmayb, onun qəbir sıxıntısı vardırmı? Bəziləri dənizdə qərq olurlar, onların qəbir sıxıntısı vardırmı?

İmam (ə) buyurur: “O Allah ki, yerin Allahıdır, havanın da Allahıdır. Yerdə olan xasiyyət havada da vardır. Yerin Allahı - dənizin də Allahıdır”.

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, sorğu-sual üçün vacib deyildir ki, ölü dəfn olunsun. İnsan öldüyü ilk gecədən bərzəx aləminə daxil olar.

O zaman ki, insanın ruhu bədənindən xaric olar, ruh misal bədəni ilə bir yerdə bərzəx aləminə daxil olar. Bərzəx aləminin bütün hökmləri onun üçün hakimdir. Təbiidir ki, həmin qanunlar dünya qanunları ilə fərqlidir.

Ona görə də deyə bilərik ki, insan o zaman ki, qəbrə qoyular, fiqh əhkamına görə ilk qəbir gecəsi olar. Lakin həqiqi mənaya nəzər salsaq, ölü öldüyü andan bərzəx aləminə keçər və onun hökmlərinə tabe olar.

Lakin belə bir sual yaranır ki, bəs insanın qəbirdə əzab gördüyü bədən həmin bu maddi bədəndir, yoxsa yox? Bu mövzuda alimlər arasında nəzər fərqi vardır.

Böyük alimlərin bir çoxu, o cümlədən rəhmətlik İmam (r.ə) bu əqidədədir ki, ölünü qəbirdə gördüyü əzab bərzəx bədəni ilə olar, maddi bədənlə deyil.

Əqli bürhan onu sübut edir. Bundan başqa, çox sayda hədislərimiz vardır ki, rəhmətlik İmamın bu dediklərini təsdiq edir.

Beləliklə deyə bilərik ki, ölünün qəbirdə sual-cavab olunması və başqa əhkami mövzular – hamısı bərzəx aləminə aiddir.

Qəbirin ilk gecəsi dedikdə, əslində o zaman nəzərdə tutulur ki, insan bərzəx aləminə daxil olar. İstər o gecədə dəfn olunsun, istərsə də olmasın.


/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930