Bağışlanmayan zülm
Mьəllif: admin1
Tarix: 21-01-2021, 11:17
Bağışlanmayan zülm
Bəzən elə olur ki, biz insanlar bir-birimizin hal və hisslərinə diqqət etmirik. Qarşı tərəfə elə sözlər deyirik ki, ürəyi inciyir.

Halbuki, bir insanın ürəyini incitmək - Kəbəyə hörmətsizlik etmək kimidir. O ürək ki, sınar, sadə şəkildə sağalmaz.

İlk növbədə insan çalışmalıdır ki, başqasının ürəyini sındırmasın. Əgər bu hadisə baş veribdirsə, o zaman onu sağaltmağa çalışsın. Bu zaman tövbə etmək kifayət etməz.

Hədislərin birində oxuyuruq ki, Allah buyurur: “Mən sınmış ürəklərin həmdəmiyəm”. Yəni, sınmış ürəyin Allah dərgahında xüsusi məqamı vardır. Ürəyi sınmış insanın duası və ya nifrini tez yerinə yetər.

İmam Səccad (ə) buyurur: “Atam ömrünün son günlərində, Aşura səhnəsinin çətin şəraitində, qan damarlarında laxtalanan zaman məni ağuşuna basdı və mənə buyurdu: “Sənə atam ölüm ayağında mənə vəsiyyət etdiyini vəsiyyət edirəm. Əziz oğlum! Allahdan başqa yar və yavəri olmayan birinə zülm etmə””.

İnsanın ürəyini sındırmaq və onu narahat etmək elə günahlardandır ki, ona görə tez bir zamanda tövbə etmək lazımdır. Bu zaman peşman olub, ancaq Allahdan bağışlanmaq istəmək kifayət deyildir.

Bəlkə həmin şəxsin ürəyini ələ almaq lazımdır. Onu özündən razı salmaq lazımdır. Onun ürəyinin sınmasının bizim həyatımıza mənfi təsirləri çoxdur. Allahın narazılığı ilə yanaşı, İlahi əzabla sonlanar.

İmam Əli (ə) buyurur: “Ancaq bağışlanmayan zülm – o zülmdür ki, Allahın bəzi bəndələri bəzilərinə edərlər”. Başqa hədisdə Həzrət Əli (ə) haqqun-nasın əda olunmasını Haqqullahdan daha üstün bilmişdir.

Belə ki, buyurur: “Allah bəndələrinin haqqını Öz hüququndan üstün qərar vermişdir. Hər kim bəndələrin haqqına riayət edər, İlahi haqq da riayət olar”.

Həzrət Peyğəmbərin (s) nəzərinə görə möminə əziyyət vermək – Peyğəmbərə (s) əziyyət verməyə və o da Allaha əziyyət verməyə bərabərdir. Hər bir səma kitabında bu cür insan məlun adlandırılır.

Bəzi insanlar elə işlər görürlər ki, möminin ürəyini incidər və onu qəmgin edər. Bu insan əgər mömini şad etmək üçün bütün dünyanı hədiyyə versə belə, bu həmin günahın kəffarəsi ola bilməz. Ona görə deyilir ki, elə iş görmə ki, başqasının qəmgin olmasına səbəb olsun.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömini qəmgin edər, o zaman dünyanı ona versələr belə, bu hədiyyə həmin əməlin kəffarəsi ola bilməz. Onun üçün savab olmaz”.

Bir gün Kufə Əhli-beyt (ə) davamçılarından biri olan İbrahim Cəlal bir çətinliyinə görə Kufədən Bağdada gəlir. Hər nə qədər vəzir ilə görüşmək istəyirsə, alınmırdı. İbrahim bir neçə gün Bağdadda qalmalı olur, lakin vəzirlə görüşə bilmir. Hər dəfə müraciət edən zaman gözətçi ona mane olurdu.

Nəhayət qəmgin halda Kufəyə qayıdır. Bir gün vəzir Məkkəyə həcc üçün gəlir və İmam Kazımı (ə) görmək üçün Mədinəyə yollanır. Lakin onu İmamın (ə) evinə buraxmırlar. Hər nə qədər çalışdısa, girə bilmədi.

Bir gün İmamın (ə) getdiyi yolda əyləşdi və İmamı (ə) məscidə gedən halda yaxaladı. Göz yaşı töküb dedi: “Ey mənim mövlam! Mən nə səhv etmişəm ki, məni qəbul etmirsiniz?”.

Həzrət (ə) buyurur: “Biz sənə ona görə yol vermədik ki, sən qardaşın İbrahim Cəlalı qapı arxasında qoymusan və ona girmək üçün icazə verməmisən. Allah sənin həccini qəbul etmir, məgər o halda ki, İbrahim Cəlal səndən razı olsun. Sən onun sınmış ürəyini ələ alasan”.

Vəzir İmamın onun ixtiyarına qoyduğu möcüzəvi vasitə ilə Kufəyə gəlir və İbrahimin qapısını döyür və deyir: “Ey İbrahim! Qapını aç. Mən vəzirəm”.

İbrahim bu sözü eşidən zaman təəccüblənir. Vəzir deyir: “Ey İbrahim! İcazə ver evə daxil olum”.

Qapını açır və vəzir içəri girir. İbrahimə deyir: “İbrahim! Mən böyük xata etmişəm. Mövlam bu səhvimin bağışlanmağını sənin razılığında görür”.

İbrahim deyir: “Allah səhvlərindən keçsin və səni bağışlasın”.

Vəzir deyir: “Bu cür olmaz. Mən üzümün bir tərəfini yerə qoyacağam və o biri üzümə də sən ayağını qoy”.

İbrahim qəbul etmək istəmədi. Ancaq vəzir çox təkid edir və bu işi görürlər. Bu halda vəzir deyir ki, Allahım, sən şahid ol! Sonra elə həmin gecə həmin vasitə ilə Mədinəyə qayıdır və İmam (ə) onu hüzuruna qəbul edir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930