Elmul-yəqin, haqqul-yəqin, əynul-yəqin nədir?
Mьəllif: admin1
Tarix: 5-02-2020, 11:27
Elmul-yəqin, haqqul-yəqin, əynul-yəqin nədir?
"Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün”. ("Ənam” 75).

Təfsirçilərin bu ayə ilə bağlı bir neçə nəzərləri vardır:

1. Bu ayə sonrakı ayələrin geniş izahatıdır ki, necə İbrahim Ay və Günəşə baxarkən, Allahı tanımasından bəhs edir. O zaman ki, Ayı görür, deyir ki, bu, Allahdır.

O zaman ki, batır, deyir ki, bu, Allah olmaq üçün münasib deyildir. O zaman ki, Günəşi görür, həmin sözləri təkrar edir. Bu ayələr Həzrət İbrahimin (ə) həmin müşahidələrinin macərasını bəyan edir.

2. Mələkut aləmi qeyb dünyasının sirli aləmidir. İmam Baqir (ə) nəql edir ki, Allah Həzrət İbrahimin (ə) gözünə elə bir nur bəxş edir ki, yerlə göyün dərinliklərini görür.

Hədislərdə oxuyuruq ki, Allah necə Həzrət İbrahimə (ə) mələkləri nişan verdi, İslam Peyğəmbərinə (s) də nişan verdi. Allah elə bir göz əta edir ki, dərinləri görə bilir.

Təbiətin zahiri ilə kifayətlənmir. Əslində Həzrət İbrahimin (ə) Allahın yeganə olmasına imanı vardı. Bu sirləri mütaliə edərək yəqini kamala çatır.

Bəs əmin olmaqla yəqin olmağın fərqi nədir? Həzrət İbrahim (ə) deyir: "Ürəyim əmin olsun”. Əminlik – adi elmin mərtəbəsidir. Lakin yəqin olmaq daha ali dərəcədir.

İmanın üç dərəcəsi vardır: Elmul-yəqin, haqqul-yəqin, əynul-yəqin. Yəqin - imanın ən ali dərəcəsidir.

Şübhə yoxdur ki, İbrahimin (ə) Allahın yeganə olmasına yəqinliyi var idi. O, Qiyamətə inanırdı, lakin quşların başını üzərək, daha çox yəqinə çatdı. Onun imanının mərhələsi əynul-yəqin idi.

Həzrət İbrahim (ə) haqqı tanıyıb, ona dəvət etdiyi üçün Allah ona mələkut gözünü bəxş edir. Peyğəmbərlər (s) Allahın xüsusi hidayətindən bəhrələnirdilər. Yəqin - imanın ən ali dərəcəsidir. Yəqinə çatmaq üçün İlahi yardım olmalıdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930