Xeyir işdə tələsmək, onun dəyərini artırar
Mьəllif: admin1
Tarix: 25-11-2017, 21:44
Xeyir işdə tələsmək, onun dəyərini artırar
“Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək, Allahın ayələrini oxuyurlar”. (“Ali-İmran” 113).

Bu ayə kitab əhlinin bəzilərinin necə ibadətlə məşğul olduğunu mədh edir. Necə ki, Allah müsəlmanların Quran oxumasını və gecə ibadətini mədh edir, bu ayə də kitab əhlinin ibadətini sitayiş edir. Allah bu ayədə elmin, əməlin dəyərinə işarə edir və onun neçə sevinc gətirdiyini vurğulayır.

Allah bu ayə ilə müsəlmana bildirmək istəyir ki, kamal və yaxşılıqlar hər kim tərəfindən edilərsə, onu qəbul edər və mədh edərik. Başqalarını tənqid edərkən, onlardan olanların bəzilərini gözəl əməllərinə görə mədh edirik.

İbadət etmək üçün insan gərək hümmət göstərsin. Bunun üçün hazırlığı və həmin əmələ qarşı eşqi olsun. Allah ayələrini tilavət etmək və səcdəyə getmək Allahın mədhinə səbəb olar. İbadətin ən gözəl forması – səcdədir.

Allah sonrakı ayədə buyurur: “Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar – ləyaqətlilərdəndirlər”. (“Ali-İmran” 114).

Necə ki, “Bəqərə” surəsinin 3-cü ayəsində imanın yanında namaz zikr edilir, bu ayədə də imanın yanında əmr-be-məruf zikr edilmişdir. Əgər əmr-be-mərufun qapıları açılarsa, münkər qapıları bağlanar. Evlilik əxlaqsızlığın qarşısını alar. Namaz da insanı əxlaqsızlıqdan saxlayar. Düzgün peşə seçimi insanı ictimai fəsadlardan qoruyar.

Salehlər o kəslədir ki, hamı onların cərgəsinə qoşulmağı arzu edir. Allah yanında heç bir saleh əməl zay olmaz. Hər bir əməlin qəbul olmaq şərti – iman və təqvadır.

Bu ayədən belə nəticə çıxartmaq olar ki, əmr-be-məruf başqa dinlərdə də mövcuddur. Səhər səcdələri gərək gün ərzində əmr-be-məruf və nəhy-əz-minkərlə davam etdirilsin. Xeyir işdə tələsmək onun dəyərini artırar. Saleh insanlar o kəslərdir ki, hər bir xeyir işin dalınca sevinclə gedərlər. İman, ibadət, tilavət, əmr-be-mərif, xeyir işdə tələsmək – insanı salehlərin cərgəsinə qovuşdurar.

Beləliklə deyə bilərik ki, insan hansı dində olursa-olsun, əgər Allaha sadiq və ixlasla ibadət edərsə Allah həmin ibadəti qəbul edir və onu mədh edir. Allahın ən çox dəyər verdiyi insanlar - salehlərdir. O kəslər ki, imanlıdırlar, ibadət əhlidirlər, səma kitabını təlavət edər, əmr-be-məruf edərlər, xeyir işdə tələsərlər. Allah bizləri də salehlərin zümrəsindən qərar versin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930