Ləğv: sadəcə mənasız iş, yoxsa iyrənc əməl?
Mьəllif: admin1
Tarix: 30-11-2017, 23:14
Ləğv: sadəcə mənasız iş, yoxsa iyrənc əməl?

“Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 1-3).

Allah Təala bu ayələrdə möminlərin sifətlərini sayarkən buyurur ki, möminlər o kəslədir ki, pis və çirkin işlərdən üz döndərərlər. Bəs bu çirkin iş nə deməkdir? Ərəb dilində həmin çirkin və pis iş “ləğv” sözüdür. Ləğv elə şeylərə aid edilir ki, heç kəs ona etina etməz, ondan fayda görməzlər. Quran mədəniyyətində isə ləğv – insanı Allahı yada salmaqdan qəflətə sala bilən hər bir yersiz əməl və ya fikirdir.

Əllamə Təbatəbai bu ayə haqqında buyurur: “Ləğv iş o işdir ki, faydası olmasın. Dinin nəzərində ləğv işlər mübah və halal işlərdir ki, sahibi dünya və axirətdə ondan fayda almaz. Sonu axirət faydası ilə nəhayətlənməz. Yeməyi şəhvətlə yemək kimi. Yemək yeməkdə və ya su içməkdə niyyət Allah ibadəti və itaəti üçün güc toplamaq olmalıdır. Ona görə də o əməl ki, heç bir fayda gətirməz və dünya faydası da axirət faydası ilə sonlanmaz – bu cür iş ləğv işdir. Başqa sözlə desək, ləğv ibarətdir: qeyri-vacib və qeyri-müstəhəb işlərdən”.

Din alimləri ləğv sözü ilə bağlı bir çox mənalar bəyan etmişdilər, o cümlədən: batil, yalan, töhmət, düşmənin düşmənlə mübarizəsi, ğina, şirk və onun kimisi... “Təfsiri-nümunə”nin nəzərinə görə isə ləğv ancaq yersiz əməl və iş deyildir; yersiz fikir və insanı Allahı yada salmaqdan qafil edən hər bir düşüncə - ləğvdir.

İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurur: “Əgər kimsə batil yerə sənə söz nisbət versə və ya sənə elə bir şey nisbət versə ki, səndə yoxdur, Allaha xatir ondan üz döndər”.

İmam Əli (ə) buyurur: “O söz ki, orada Allahı yada salmaq olmaz – ləğvdir”.
Quranın ləğv sözü ilə bəyan etdiyi bəzi ayələr:

1. Bütpərəstlik. İnsan ona görə pərəstiş edər ki, qarşı tərəfə hacəti olar, onu ziyan və zərərdən qorumasını istəyər. Lakin o zaman ki, məbudu hissi və idrakı olmayan bir şeydirsə, ondan hacət istəmək – ləğvdir. “O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!”. (“Məryəm” 42). Bu söhbət Həzrət İbrahimlə (ə) əmisi arasında olan söhbətə işarə edir və əmisini ləğv işdən çəkindirmək istəyir.

2. And içmək. And içmək insanın kəlamını daha təsirli etsə də, həyatına da təsir qoyar. Bəzən insan adəti üzrə onu dilinə gətirər. Quran buyurur ki, heç bir qəsdi olmadan dilə gətirilən andlar - ləğvdir. “Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir”. (“Bəqərə” 225).

3. İbadət. Allah kafirlərin ibadətini ləğv adlandırır. “Onların Kə’bə evinin yanındakı namaz və duaları - fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!”. (“Ənfal” 35).
Hər kim dünyada ləğvdən uzaq olar, Qiyamət günü ləğvdən amanda qalar. “Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər”. (“Ğaşiyə” 11).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930