Dünyanın aldadıcı olduğunu bilmək üçün, onun davamsız olması barədə düşünmək kifayətdir
Mьəllif: admin1
Tarix: 25-11-2017, 12:35
Dünyanın aldadıcı olduğunu bilmək üçün, onun davamsız olması barədə düşünmək kifayətdir
Dünya elə bir yerdir ki, hər kəsi həlak edə bilər. O zaman ki, insan arzular tələsinə düşər və xahişləri artar, o, dünyanın həlak etdiklərindən olar.

Quranda dünya ilə bağlı müxtəlif baxışlar vardır. Dünya dərd sarayıdır. Çünki dünya bəla ilə əhatə olunmuşdur. Dünya elə bir keçiddir ki, onu vulkanların və titrəyən səhraların yanından çəkiblər. Heç kəs bu keçiddən, istər mömin olsun, istərsə də kafir bəlasız keçə bilməz.

Dünaynın başqa bir tərəfi isə arzulardır. Allah dünyanı zinətli yaratmışdır və həyat mənbəyi olan torpağı zinətlə bəzəmişdir. Şeytanın (lən) da işi bu dünyanı daha da bəzəməkdir. Şeytan çirkinlikləri gözəl göstərir.

«Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir». (“Nisa” 77).

Allah Təala qafil insanların gözünün önündəki pərdəni kənara çəkmək üçün dünyanı misallarla bəyan edir ki, hamı onu tanıya bilsin.

Dünya – davamsız zinətdir. “Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik. Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən)istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir”. (“Yunus” 24-25).

Bu misalda dünya yağış suyuna bənzədilir. Nə zaman yağış yağsa, yer sevinər və bitkilər yağış suyu ilə özlərini yuyarlar. Torpaq gəlin kimi zinətə geyinər və cilvələnər. Yer əhli də bu cilvələri görüb məftun olar. Güman edərlər ki, bu nemətlər onların öz zəhmətlərinin bəhrəsidir və heç kəs onu geri almayacaqdır. Lakin anidən İlahi əmr yetişər və soyuq külək və ya tufan hər yeri bürüyər. Bu gözəllikləri elə aradan aparar ki, sanki heç olmamışdır.

Sanki hər şey bir anda baş verər. İnana bilmərik ki, bu, həmin bağdır ki, dünən gözəlliyi ilə hamımızın üzünə gülürdü. Bu dünyanın hekayəsidir ki, heç kəs burada təhlükəsiz deyildir.

İmam Əli (ə) dünyapərəstliklə bağlı buyurur: “Sizi dünyaya bağlanmağı qadağan edirəm. Çünki dünya, dünyapərəstlərin atdığı addıma görə şirin olmuşdur. Onların nəzərində yaşıl və xürrəmdir. Yersiz istəklərə bükülmüşdür. Tez keçən gözəlliklər vasitəsilə dostluq elan edər. Az zivərləri ilə insanları heyrətə gətirər və şad edər. Arzular və aldatmaları üçün özünü bəzəyər. Şadlığı davamlı deyildir. Qəm və qüssəsindən rahatlıq tapmaq olmaz. Çox aldadan və ziyan vurandır. Halları dəyişəndir. Fani və məhv olar. Acgözdür ki, hamını həlak edər. O zaman ki, arzu edənlərin əlinə düşər, görər ki, ilğımdan başqa bir şey deyildir”.

“Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir». Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir”. (“Kəhf” 45-46).

İmam Əli (ə) buyurur: “Allah rəhmət etsin o kəsə ki, dünya məsələlərində düşünər və ibrət alar. Dünyanın davamsız olduğuna ayıq olar. İnanar ki, o şey ki, dünyada qalmışdır, tezliklə məhv olacaqdır. O şey ki, axirətdə mövcuddur, məhv olunan deyildir. Ömrünün saatından hesab olanlar sona çatacaqdır. (Ölüm və Qiyamətdən) intizarında olduqlarınız gələcəkdədir. Hər gələcək isə yaxındır”.

“Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Hədid” 20).
Bəli, dünya – belə dünyadır. Bu acgöz dünyaya aldanmayaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930