Pozitiv düşünən insanlar hər bir hadisədən müsbət nəticə çıxarırlar
Mьəllif: admin1
Tarix: 6-02-2020, 15:01
Pozitiv düşünən insanlar hər bir hadisədən müsbət nəticə çıxarırlar
İnsan ömrü boyu tərəqqi və inkişaf etmək istəyir. İnsanın həyatda müvəffəq olması baxış növündən, düşüncə tərzindən asılıdır. Quran hidayət kitabı olduğu üçün bizləri müsbət düşünməyə təşviq edir.

Nikbin olmaq o deməkdir ki, insan ən çətin zamanda belə müsbət düşünməyi bacarır və buna adət edir. Nikbin insan mənfi düçüncələri heç bir zaman rəsmi şəkildə qəbul etmir, əksinə, həmişə onlarla mübarizə aparır. Bu cür insan həyatda şər və xeyir tanımır. Onun nəzərinə görə, həyatda baş verən bütün hadisələr hesab olunmuş və agahcasınadır.

Quran buyurur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)”. ("Səcdə” 7).

Bu ayəyə əsasən, dünya xalis xeyirlə doludur. Həyatda baş verən hər bir şər qüvvəni və ya hadisəni təfsir etmək mümkündür. Əslində biz ətrafımızda baş verən hadisələrə deyil, ondan alınan nəticələrə görə həmişə həssas oluruq. Nikbin insan bu hadisələrdən həmişə müsbət nəticə çıxardar.

Aqil insan dərk edəndə ki, bu dünya Allah tərəfindən ən gözəl şəkildə xəql olmuşdur, öz varlığında Allahın lütf və rəhmətini hiss edib sevinər. Quran bu haqda buyurur: "De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. ("Yunus” 58).

İnsan özündə nikbinliyi inkişaf etdirə bilər. Onun üçün də gərək istedadlarına və bacarıqlarına nəzər salsın. Allahın fəzl və rəhməti Allahın insana əta etdiyi bütün maddi və mənəvi nemətlərdir.

Bu fəzilətləri işə salmaq sevinc gətirər və nikbin insanın sifətlərindən biri budur ki, həmişə şad olar, qəmgin olmaq onun üçün istisna hallarda olur. Çünki Allahın fəzl və rəhməti daimidir.

Quranda Yusifin (ə) dastanı mömin bəndələrin nikbin halını bizlərə nümayiş etdirir. Həzrət Yusif (ə) qardaşlarının cəfasını çəkir, ailəsindən uzaq düşür, zindana düşür, qəribliyi dadır, lakin 25 ildən sonra atası ilə görüşən zaman onun halında bu əziyyətdən heç bir əsər və əlamət olmur.

O, bu haqda heç danışmır, sadəcə deyir: "Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi.

Doğrudan da O, məni zindandan çıxardan zaman və şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi.

Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur»”. ("Yusif” 100).

Allaha olan imanı Yusifi (ə) bu qədər mətanətli etmişdi. Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: "Mən Yusifin ruhunun böyüklüyünə, nəfsinin kəramətinə görə heyrətdəyəm”.

İnsanın düşüncə tərzi həyatına böyük təsir qoyar. İnsanlar adətən bir-biri ilə düşüncə tərzinə görə fərqlənərlər. O insan ki, nikbindir, dünyada baş verən hadisələrin heç birini şər və xeyir bilməz. Bəlkə hər birini Allahın hesabla yerinə yetirdiyi hikmət bilər.



/Deyerler/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930