Evlərinizi qəbiristan etməyin, nur mənbəyi edin
Mьəllif: admin1
Tarix: 7-11-2021, 21:11
Evlərinizi qəbiristan etməyin, nur mənbəyi edin

Həzrət Peyğəmbər (s) buyurur: “O evdə ki, Quran çoxlu oxunar, xeyiri çox olar. Əhlinə rahatlıq verilər və səma əhli üçün parlayar. Necə ki, səma ulduzları yer əhli üçün parlayır”.

Əlbəttə, dindar olmağın özünəməxsus xüsusiyyətləri vardır. Biz müsəlmanların həyatımızda diqqət etməli olduğumuz əməl – Quran tilavətidir. Allah Təala bizə bu işi çox tövsiyə etmişdir.

“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.

De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).

Hər bir yer və məkanda Quran oxumaq olar, bəzi istisna məkanlardan başqa. Məkanlar arasında Quran oxunması üçün ən çox münasib olan yer – məscid və evdir.

Hədislərimiz buyurur ki, evdə Quran oxumağın çox böyük fəziləti vardır. Bu hədislər bizləri evdə Quranı tilavət etməyə həvəsləndirir.

Evdə Quran oxumaq İslam həqiqətlərinin yayılmasına səbəb olar və həmçinin Quran ayələrinin eşidilməsinə gətirib çıxardar. Adətən valideyn evdə Quran oxuyan zaman, övladı da bu işi görmək istəyir. Bu yolla ev əhli Quran oxumağa adət edir.

Evdə Quran oxumaq İslami şüarlara təzim etmək deməkdir. O zaman ki, evdən səhər və axşam Quran səsi gələr, onu eşidənin can və ruhuna təsir qoyar. İmanları ürəklərində çiçəklənib, artar.

Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. Onları qəbiristan etməyin. Necə ki, yəhudilər və məsihilər ediblər”.

Hər kim Quranla ünsiyyət qurmaz, ürəyi ölmüş olar və evi də qəbiristanlığa bənzəyər, zülmətli olar. Ona görə də hər bir müsəlman gərək əziz Peyğəmbərin (s) bu tövsiyəsini özü üçün şüar qərar versin.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, bu nuranilik yer və yer əhli ilə məhdudlaşmır, bəlkə səma əhli də bu nurdan bəhrələnər.

Necə ki, yer əhli ulduzların nurundan bəhrələnirlər. O evdə ki, Quran oxunar, səma əhli tərəfindən tanınar və onlar bu nuru yaxşı tanıyırlar.

O evlərdə ki, Quran oxunar, xeyir, bərəkət artar və evlərin ruzisi bol olar.

Evdə Quran oxumağın fəzilətləri:

1. Riyadan uzaq olmaq. Xəlvətdə ibadət etmək, insanı riyadan saxlayar. Adətən ixlaslı olar. Ona görə də o kəs ki, riyadan qorxur, yaxşı olar ki, Quranı evində oxusun.

2. Övladlarına təsir qoyar. Quran oxumaq həm öz evinə və həm də başqa evlərə təsir qoyar. O valideyn ki, Quran oxumağı gündəlik proqramına daxil edir, övladları da bu işə həvəs göstərərlər. Bu əməl hətta qonşulara da təsir qoyar.

3. İctimai təsiri. Əgər evlərin çoxundan Quran səsi ucalarsa, onu eşidənlərin ruh və canlarına təsir qoyar, onları dəyişdirər. Quranın cəmiyyətdə oxunması üçün zəminə yaradar.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930